![]() |
|














Manat üzən “üzən məzənnə” rejiminə hazırlanır - Hökumət məzənnəni sabit saxlaya biləcəkmi?
Tarix 19.01.22, 19:11 |
|

Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub: "Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".
Xatırladaq ki, AMB sədri Elman Rüstəmov 2021-ci ilin yekunlarına dair brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, - “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”, - açıqlamasını vermişdi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə manatın əvvəl-axır üzən məzənnə rejiminə keçiriləcəyini deyib. Onun sözlərinə görə, uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır: “Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsi ilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il - bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və ”tam üzən məzənnə"yə keçiləcək".
AMB-nin 2022-ci ildəki pul siyasətinə dair açıqlamasından görünür ki, Azərbaycan hökuməti ən azı 2022-ci ildə dollar-manat məzənnəsini sabit saxlamaqda qərarlıdır. Hər kəsə aydındır ki, hazırkı məzənnə real vəziyyətin formalaşdırdığı məzənnə deyil. Manatın real məzənnəsi nə qədərdir? Hansı valyutaların məzənnəyə təsiri daha böyükdür?

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qeyri-neft xarici ticarətində ən yüksək paya (təxminən 82 faiz) mailk 14 valyutaya münasibətdə manatın nominal məzənnəsi müxtəlif cür dəyişib: “Manatın məzənnəsinin ucuzlaşdığı valyutalar: gürcü larisi 6.7 faiz, Ukrayna qrivnası 4 faiz, Belarus rüblu 1,6 faiz, Çin yuanı 1,4 faiz. Manatın məzənnəsinin bahalandığı valyutalar: türk lirəsi 43 faiz, yapon yeni 10,4 faiz, Koreya vonu 8,3 faiz, avro 8,1 faiz, Braziliya realı 6,9 faiz, İsveçrə frankı 4.1 faiz, ingilis funtu 0,9 faiz, rus rublu 0.4 faiz. 2 valyutaya - ABŞ dolları və İran rialına münasibətdə isə manartın nominal məzənnəsi sabit qalıb.
2021-ci ildə (11 ayın nəticələrinə görə) Azərbaycan manatının qeyri-neft xarici ticarət səbətinə əsaslanan nominal və real effektiv məzənnəsinin formalaşmasında 50 faizlik pay 3 ölkənin valyutasına aiddir - rus rublu, türk lirəsi və Çin yuanı. Rəsmi statistikanın məlumatına görə, ötən il Azərbaycanın qeyri-neft xarici ticarətinin (qeyri-neft ixracı+idxal) tam yarısı bu 3 ölkənin payına düşüb. Bu 3 ölkəni nəzərə almasaq, Azərbaycanın qeyri-neft xarici ticarətində 1 faiz və daha çox payı olan ölkələrin sayı 13-dür: Almaniya, Ukrayna, ABŞ, İtaliya, İran, İsveçrə, Britaniya, Gürcüstan, Yaponiya, Fransa, Braziliya, C. Koreya və Belarus. Bu ölkələrin isə Azərbaycanın qeyri-neft xarici ticarətində ümumi xüsusi çəkisi 32 faiz təşkil edir. Yəni manatın qeyri-neft effektiv məzənnələrinin formalaşmasında 32 faiz pay da 13 valyutaya məxsusdur (təbiii ki, hər birinin öz fərdi payına uyğun)".
Azərbaycan hökuməti devalvasiyaya hansı halda gedə bilər? Ölkədə üzən məzənnə rejiminə keçid üçün şərtlər varmı?
Ekspert qeyd edir ki, ölkədə devalvasiya qərarı siyasi qərardır: “Çünki məzənnə siyasətini iqtisadi proseslər deyil, hökumətin üzləşdiyi siyasi məcburiyyətlər diqtə edir. Nədir bu məcburiyyətlər? Hökumətin xərcləri üçün qazandığı cari neft pullarından daha çox ehtiyatları xərcləmək zərurətinin yaranması. Varmı belə zərurət? Hazırda yoxdur və qısa müddətdə (məsələn, yaxın 3 ayda) gözləmirəm. Amma yaxın 1 ildə belə zərurətin yaranmayacağını da kimsə deyə bilməz. Yəni nisbətən uzunmüddətli dövrdə risk həmişə var - xüsusən də dünya neft bazarlarında qiymətlərin kəskin enəcəyi, FED-in sərt pul-kredit siyasətinə keçəcəyi halda.
Üzən məzənnə milli valyutanın məzənnəsinin Mərkəzi Bankın müdaxiləsi olmadan bazarda tələb və təklif əsasında formalaşdıran valyuta rejimidir. Ölkənin maliyyə sistemini xarici şokların təsirindən yaranan volatillikdn qorumaq üçün ideal rejimdir. Lakin bir qayda olaraq bu rejimə keçid təbii resurs ölkələrində mümkün olmur. Əsas səbəb odur ki, valyuta təklifi əsasən bir mənbədən formalaşır - hökumətin neft gəlirlərindən. Ona görə də, məsələn, Rusiya son 7 ildə sərbəst üzən məzənnəyə deyil, tənzimlənən üzən məzənnə rejiminə keçə bilib. Yəni Mərkəzi Bank rublun əvvəldən hədəflənməyən məzənnəsinə müdaxilə hüququnu özündə saxlayır. Konkret dövrdə ölkənin maliyyə sistemi üçün məzənnənin ciddi risk formalaşdırdığını görürlərsə, müdaxilə edirlər. Hərçənd ki, Rusiya iqtisadiyyatı təbii resurslar üzərində qurulan keçid ölkələri içərisində ixracı və ÜDM-i ən yaxşı diversifikasiya olunmuş ölkədir. Məhz bu diversifikasiya ona tənzimlənən üzən məzənnə rejiminə keçməyə imkan verməyib".
R.Ağayev qeyd edir ki, üzən məzənnəyə keçid üçün ölkədə maliyyə bazarları inkişaf etməlidir: “Valyutaya tələbi yalnız əmtəə və xidmətlərə tələb yox, həmçinin maliyyə bazarlarındakı əməliyyatlar da formalaşdırmalıdır. Bu baxımdan ölkədə qiymətli kağızlar və borc bazarının formalaşması çox önəmlidir. Bu bazarların formaşaması isə iqtisadiyyatda köklü institusional islahatlar tələb edir. Milli şirkətlər öz aktivlərini səhmləşdirərək fonda bazarına çıxmağa, qiymətli kağızlar bazarı vasitəsilə aktiv şəkildə borclanmağa və investisiya tələbatlarını bazarın vasitəçiliyilə ”sandıq dollarları" hesabına ödəməyə hazır olmalıdırlar. Xarici kapital qiymətli kağızlar bazarı vasitəsilə Azərbaycanda valyuta təklfini formalaşdıran əsas oyunçulardan biri olmalıdır. Bunun üçün ölkədə xarici investoru qoruyan hüquq və məhkəmə sistemi olmalıdır. Hökumət valyuta bazarını liberallaşdırmağa, kapitalın sərbəst hərəkətinə hazır olmalıdır. İldə 1 vətəndaşın 11 min dollar valyuta almasına, aldığı hər 100 dollara görə şəxsiyyət vəsiqəsi tələb olunmasına, ölkədən valyuta çıxışına ən sərt bürokratik mexanizmlərin tətbiqinə yaşıl işıq yandıran hökumət heç vaxt üzən məzənnəyə keçə bilməz. Azərbaycan indiki şərtlərdə ən yaxşı halda aralıq məzənnə rejimi seçə, tənzimlənən rejimə keçə bilər. Amma bunun üçün yuxarıdakı islahatlardan savayı başqa addımlar da atılmalıdır. Mərkəzi Bank inflyasiyanın hədəflənməsi ilə yanaşı, pul kütləsinin də hədəflənməsini təmin etməlidir həmin aralıq dövr üçün. Pul kütləsinin dinamikasına neft pulları vasitəsilə fiskal genişlənmənin təsiri minimuma endirilməlidir. Bunun üçün dövlət büdcəsinin Neft Fondundan asılılığı hazırkı 50 faizdən maksimum 20-25 faizə endirilməlidir. Mərkəzi Bank son dərəcə şəffaf idarəetmə rejiminə keçməli, tənzimlənən üzən məzənnə rejiminin şərtlərini dəqiq müəyyən etməklə yanaşı, bunu ictimaiyyət üçün açıq elan etməlidir. Türkiyədə olduğu kimi öz balansını hər ay ictimailəşdirməli, müdaxilələr və onların səbəbləri barədə ictimaiyyətə dəqiq məlumatlar açıqlamalıdır. Azərbaycandakı hazırkı idarəetmə şərtlərində belə bir Mərkəzi Bank mümkün deyil. Prezident Administarasiyasının təlimatı ilə çalışan, hər hansı müstəqillyi olmayan Mərkəzi Bank nəinki sərbəst, hətta tənzimlənən üzən məzənnə rejiminə keçə bilməz. Bir nəfərin bütün dövlət institutlarından qat-qat güclü və üstün səlahiyyətlərə malik olduğu siyasi sistemlərdə azad bazar və institutları mövcud olmur. Üzən məzənə rejimi isə azad bazarın əsas elementlərindən biridir".
Üzən məzənnə rejimi ölkənin maliyyə sistemini volatillikdən qorumaq, valyuta ehtiyatlarını əriməkdən qaçırmaq üçün ideal rejim hesab edilir: “Lakin bunun üçün ölkə iqtisadi və siyasi sistemi yuxarıda sadaladığım şərtlər çərçivəsində hazırlıqsız olanda, əksinə, çox ciddi şoklarla üzləşir. Bu şoklar əsasən valyuta bazarındakı volatilliklə iqtisadiyyata daxil olur, inflyasiyanın, kapital qaçışının ölkənin baş bəlasına çevrilməsinə səbəb olur. Məsələn, hazırda bunun canlı nümunəsi Türkiyədir. Yüksək inflyasiya, xalis valyuta rezervlərinin mənfiyə düşməsi, investorların və ev təsərrüfatlarının güvənsizliyi”.

İqtisadçı-ekspert Natiq Cəfərli musavat.com- a bildirib ki, hətta 2015-2016-cı illərdəki situasiya təkrarlansa belə, dövlət bir daha valyuta ehtiyaclarını məzənnənin saxlanılmasına xərcləməyəcək: “Qısa-sual cavablarla vəziyyətə baxaq: Bu gün devalvasiya üçün əsaslar varmı? Yoxdur, nə qədər ki, neft 80-85 dollar civarındadır, tədiyyə balansında böyük müsbət saldo var, devalvasiya təhlükəsi görünmür.
Hökumət uzun müddət bu məzənnə rejimini saxlaya biləcəkmi? Təbii ki, yox, elə 2005-2015, 10 illik sabit-inzibati məzənnə dövrü subut etdi ki, sabit məzənnə rejimini daim saxlamaq olmur, günün birində daha sərt məzənnə dəyişikliklərinə getmək məcburiyyəti yaranır. Bu gün sabit məzənnə rejimindən imtina etmək üçün şərait varmı? Yoxdur, ölkənin indiki primitiv iqtisadi sistemi üzən məzənnə rejiminə keçmək üçün yararlı deyil. Üzən məzənnə üçün hər gün birjada yüzlərlə valyuta alıb-satan oyunçu lazımdır, bu gün isə ölkədə satıcı kimi bir oyunçu var (Neft Fondunun dollarını Mərkəzi Bank satır), alıcı kimi isə 26 Bank var - vəssalam. Belə primitiv modeldə üzən məzənnəyə keçid mümkün deyil".
Bəs nə vaxt devalvasiya ola bilər? N.Cəfərli deyir ki, bu, siyasi qərarla olacaq: “Amma günün birində mütləq olacaq, sadəcə, indiki dövrdə ancaq neft qiymətlərindən asılı olan bir məsələdir. Manat ”kağız neftdir", arxasında neftdən başqa heç nə dayanmır, nə zaman neftin qiyməti kəskin düşüb aylarla 50 dollardan aşağı olacaqsa, o zaman devalvasiya təhlükəsi yaranacaq. Devalvasiya ilə bağlı cəmiyyətdə səngiməyən söhbətlərin, təlaşın olmasının səbəbi nədir? Səbəb qonşularda olan məzənnə dəyişiklikləri, əsas da Türkiyədəki vəziyyət, bir də Mərkəzi Bankın yarıtmaz siyasətidir - Mərkəzi Bank qeyri-qanuni olaraq valyuta satışlarına məhdidiyyətlər qoyub ki, bu da ajiotajın yaranmasının əsas səbəblərindən biridir (qeyri-qanuni olaraq hər vətəndaşa ildə 11500 valyuta almaq limiti kimi)".
Xəbərin oxunma sayı : 1171
İqtisadiyyat
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV