Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Məcnun Məmmədov şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış oldu - Fotolar

Tarix 10.02.25, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

AzFakt.com xəbər verir ki, İsmayıllı rayonunda “İsmayıllı şərab-2” MMC, Şəkidə “Az-Abrau” MMC, Gəncə şəhərində “Gəncə şərab-1” MMC və Göygöl rayonunda “Göygöl şərab zavodu” MMC şərab istehsalı müəssisələrinə baş çəkən nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Görüşlərdə şərab ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Məcnun Məmmədov Ucar rayonunda fəaliyyət göstərən “Azerbaijan Poultry Company” MMC-yə baş çəkib, müəssisənin mövcud vəziyyəti ilə tanış olub. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.







Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap