“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mehriban Əliyeva Bişkekdə sərgi ilə tanış olub - FOTOLAR

Tarix 01.09.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

AzFakt.com xəbər verir ki, Qırğızıstanın birinci xanımı Ayqul Japarova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.

“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.

Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.

Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.







Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap