“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məktəblilərin biabırçı görüntüləri ilə bağlı daha bir rəsmi açıqlama - VİDEO

Tarix 20.02.24, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.

Bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır: “Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüyünü qeyd edib.

Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir.

Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.

Bu, məktəblərdə hansı vəziyyətin yarandığını və bir sıra ailələrdə əxlaq səviyyəsinin hara qədər endiyini göstərir. Bu cür hərəkətlərə qarşı sərt tədbirlərin görülməməsi həmin halların təkrarlanmasına səbəb olur.    





Xəbərin oxunma sayı : 739




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap