Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Mənzil alqı-satqısı ilə bağlı yeniliyin tətbiqinə başlanıb - VİDEO

Tarix 28.11.22, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil alarkən ödənilən alavə dəyər vergisinin geri qaytarılması prosesi artıq başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov bildirib ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

Şöbə rəisi bildirib ki, bina tikintisi ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcıya qaydaların tələblərinə uyğun elektron qaimə-faktura tərtib etməlidirlər. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Vətəndaş ödənişləri fərdi qaydada bank vasitəsi ilə də edə bilər. Ödənişlər tam edildikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.

Telman Məmmədovun sözlərinə görə, yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda alıcı ilə müqavilə notarial qaydada aparılır. Alqı-satqı müqaviləsi təsdiqləndikdən sonra, alıcı müvafiq elektron qaimə- fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin əsas məbləğini satıcının bank hesabına, geri qaytarılacaq məbləği isə əlavə dəyər vergisinin depozit hesabına köçürülməsini tələb etməlidir.

Şöbə rəisi əlavə edib ki, alıcı eyni binadan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qaytarılacaq ƏDV məbləği alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.






Xəbərin oxunma sayı : 406




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap