“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...

Tarix 07.01.26, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycanda onlayn mərc və qumar bazarında Misli.az adını tez-tez eşidilirdi - lakin bu platforma ilə bağlı yaranan narazılıqlar, hüquqi məsələlər və etibarlılıq sualları təqsid etdi ki, bu platforma öz etibarını itirib. Sosial şəbəkələrdə, ekspert məqalələri və müstəqil araşdırmalardakı tənqidlər də sübut edir ki, Misli.az-da ciddi problemlər var, o batmaq üzrədir.

AzFakt.com Tribunainfo.az-a istinadla xəbər verir ki, beynəlxalq şikayət və analiz saytı Scam Detector Misli.az-ı qiymətləndirərək çox aşağı bir etibar balı verib - yalnız 8.6/100. Bu, platformanın “riskli”, “şübhəli” və potensial olaraq fırıldaqçılıqla əlaqəli fəaliyyət göstərə biləcəyinə işarə edir. Sistem həmçinin, phishing, spam və digər təhlükə elementləri də aşkar edərək istifadəçiləri bu saytdan uzaq durmağa çağırır. 

Azərbaycan media orqanlarında, sosial çəbəkələrdə də Misli.az-la bağlı şikayətlər geniş şəkildə işıqlandırılır. Qeyd olunur ki, bəzi istifadəçilər ölkənin yeganə qanuni mərc saytı olan Misli.az-ın onların pullarını mənimsədiyini, hesablarındakı balansı səhv göstərdiyini, bəzi hallarda isə istifadəçinin hesabını borclu kimi göstərdiyini iddia ediblər.

Bu cür narazılıqlar mərc oyunlarının təbiətindən qaynaqlansa da, platforma əleyhinə real istifadəçi şikayətlərinin olması ciddi ictimai narahatlığa səbəb olub.

Tənqidçilər həmçinin Misli.az-ı qanunları bilərəkdən pozmaqla ittiham edirlər. Hətta platformada elektron müqavilələr vasitəsilə məsuliyyətdən yayınmağa çalışıldığı da iddia edilir.

Platformanın bəzi reklamları və tanıtım məzmunları onu ideal qumar təcrübəsi kimi təqdim etsə də, müstəqil analizlər və istifadəçi rəyləri arasında kəskin fərqlər var. Rəsmi reklam materialları Misli.az-ı təhlükəsiz və geniş imkanlı sistem kimi təsvir edir. Müstəqil tənqidçilər isə bu görüntünün reallığı tam əks etdirmədiyini vurğulayırlar.

Bütün bu deyilənlərdən sonra bildirməliyik ki, güclü etibar problemləri, real istifadəçi şikayətləri, və qanunvericiliklə bağlı narahatlıqlar platformanın “sadəcə populyar oyun saytı” obrazından uzaqlaşdığını göstərir.
İstifadəçilər bu tip xidmətlərə pul yatırmazdan əvvəl təcrübə və şikayətlərə diqqət yetirməli, və mümkünsə müstəqil rəylər, hüquqi ekspertizalar və digər mənbələrlə öz araşdırmalarını aparmalıdırlar.



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap