“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xaricdən avtomobil almaq istəyən şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər - VİDEO

Tarix 07.01.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Xarici ölkədən avtomobil almaq istəyən şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən bir qrup vətəndaş onlara qarşı kütləvi dələduzluq olunduğunu deyir.

İddiaya görə, 300-ə yaxın şəxs bu cür vəziyyətlə üzləşib. 

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, "Asadzade  Sanan” MMC-yə ödənişləri tam şəkildə həyata keçiriblər. Sifariş olunan avtomobillər də Bakıya gətirilib, lakin təhvil ala bilmirlər.

Avtomobilləri daşıyan nəqliyyat vasitələrinin sürücüləri də günlərdir, Bakıda pulun ödənilməsini gözlədiklərini bildirdilər.

Vətəndaşların iddialarına aydınlıq gətirmək məqsədi ilə "Asadzade Sanan MMC"nin direktoru Sənan Əsədzadə ilə əlaqə saxlıdıq.

"Əgər vətəndaşların avtomobilləri Bakıdadırsa, deməli, biz onların qarşısında məsuliyyətimizi yerinə yetirmişik. Orada  heç bir sürücü 15 gündür gözləmir. Bu, iddiadır. Bir həftəlik ləngiməməmiz olub, 13-14 tarixlərində tam ödəniş ediləcək, avtomobillər təhvilı veriləcək", - deyə Sənan Əsədzadə vəd edib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirdi ki, 27 yaşlı Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanıb. Araşdırma zamanı həmin şəxsin zərərçəkənlərə maddi ziyan vurandan sonra ölkəni tərk etdiyi müəyyən olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Kütləvi dələduzluqda şübhəli bilinən şəxs barəsində axtarış elan olunub.





Xəbərin oxunma sayı : 388




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap