“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Son günlər kiberdələduzluq halları artıb - Daxili İşlər Nazirliyi

Tarix 02.01.26, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. "WhatsApp”, "Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.

"Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.

Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.

Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər", - DİN-dən bildirilib.



Xəbərin oxunma sayı : 118




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap