“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bilal Ərdoğan 520 min etirazçını İstanbul küçələrinə çıxartdı - FOTOLAR

Tarix 01.01.26, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Yeni ilin ilk günündə Türkiyənin İstanbul şəhərində Fələstinlə həmrəylik məqsədilə keçirilən kütləvi yürüş həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Atəşkəs elan edilməsinə baxmayaraq İsrailin Qəzza zolağında və ümumilikdə Fələstində hərbi əməliyyatları davam etdirməsinə etiraz olaraq on minlərlə insan səhər saatlarından etibarən İstanbulun mərkəzi məkanlarında bir araya gəlib. Soyuq hava şəraitinə baxmayaraq, Sultanahmət meydanında toplaşan izdiham daha sonra Galata körpüsünə doğru yürüş edib.

Yürüş Milli İradə Platforması və İnsanlıq İttifaqının təşkilatçılığı ilə baş tutub. Aksiya bu il üçüncü dəfə keçirilib və əvvəlki illərdə olduğu kimi Türkiyənin bütün bölgələrindən kütləvi iştirak qeydə alınıb. Müxtəlif həmkarlar ittifaqları, 400-ə yaxın vətəndaş cəmiyyəti təşkilatı, eləcə də idman klubları aksiyaya dəstək verib. Səhər namazı Ayasofya-i Kəbir məscidi, Sultanahmət, Taksim, Eminönü Yeni məscidi, Süleymaniyə və Fatih məscidlərində qılındıqdan sonra iştirakçılar Sultanahmət meydanında toplaşıb və Galata körpüsünə doğru yürüşə başlayıblar.

Əllərində Türkiyə və Fələstin bayraqları olan, Qəzzaya dəstək məqsədilə kəfiyyə taxan vətəndaşlar yürüş boyunca “Sinmirik, susmuruq, Fələstini unutmuruq”, “İstanbuldan Qəzzaya dirənişə min salam”, “Çaydan dənizə azad Fələstin” kimi şüarlar səsləndiriblər. “Fələstin üçün ədalət, dünya üçün vicdan” yazılı pankartlar daşıyan yürüşçülər İsrailin hərbi əməliyyatlarını sərt şəkildə pisləyiblər.

Aksiyada AK Partiyanın İstanbul İl sədri Abdullah Özdemir, İlim Yayma Vəqfinin Mütevelli Heyətinin sədri Bilal Ərdoğan, ÖNDER İmam Xətiblər Dərnəyinin sədri Abdullah Ceylan, millət vəkilləri, bələdiyyə sədrləri və digər rəsmi şəxslər iştirak ediblər. Protokol üzvləri səhər namazını Karaköy Ərəb məscidində qıldıqdan sonra vətəndaşlarla birlikdə Galata körpüsünə yürüyüblər.

Galata körpüsündə çıxış edən Bilal Ərdoğan Qəzzada baş verənlərin müharibə deyil, açıq şəkildə soyqırımı olduğunu bildirib. Onun sözlərinə görə, Qəzzada və Fələstində yaşananlar təkcə humanitar faciə deyil, eyni zamanda qlobal nizamın, beynəlxalq hüququn və özünü “əxlaqi institut” kimi təqdim edən beynəlxalq qurumların iflasının göstəricisidir. Bilal Ərdoğan vurğulayıb ki, Qəzzada iki ordunun üz-üzə gəldiyi klassik müharibə getmir, əksinə, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla bütöv bir xalq sistemli şəkildə məhv edilir.

O qeyd edib ki, bu proses təkcə bombardmanlarla deyil, aclıq, susuzluq, soyuq və humanitar yardımların məqsədli şəkildə əngəllənməsi yolu ilə həyata keçirilir. Ağır qış şəraitində çadırlarda yaşayan insanların yardım alma imkanlarının bilərəkdən bloklandığını deyən Bilal Ərdoğan bunun arxasında zalım bir siyasi mexanizmin dayandığını vurğulayıb. Çıxışında İsrailin baş naziri Benyamin Netanyahunu kəskin tənqid edən Ərdoğan beynəlxalq hüququn, o cümlədən Cenevrə Konvensiyalarının açıq şəkildə pozulduğunu bildirib.

Onun sözlərinə görə, Qəzzada mülki əhalinin hədəfə alınması, yaşayış infrastrukturlarının dağıdılması və orantısız güc tətbiqi müharibə cinayətidir və bu cinayətlər təsadüfi deyil, mərkəzləşdirilmiş qərarlarla icra olunur. Bilal Ərdoğan İsrailin bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu, Qəzzanın bərpasının da məhz İsrailin ödəyəcəyi müharibə təzminatları hesabına həyata keçirilməli olduğunu deyib.

Çıxışında mübarizənin davam edəcəyini vurğulayan Bilal Ərdoğan bildirib ki,
“Biz sinməyəcəyik, susmayacağıq, Fələstini unutmayacağıq və unutturmayacağıq. Qəzza, Qüds və Məscidül-Əqsa azad olunana qədər bu mübarizəni davam etdirəcəyik”.

Aksiyada Türkiyə Gənclik Vəqfinin (TÜGVA) sədri İbrahim Beşinci də çıxış edərək yüz minlərlə insanın bu yürüşlə susqunluq divarını yıxdığını bildirib. Onun sözlərinə görə, Galata körpüsü həmin gün vicdan tribunası rolunu oynayıb və Fələstin xalqının haqq səsini dünyaya çatdırıb.

Yürüşdə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, gənclər və idman naziri Osman Aşkın Bak, sabiq nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, həmçinin AK Partiya rəhbərliyinin nümayəndələri də iştirak ediblər. Yılmaz Tunç jurnalistlərə açıqlamasında İstanbulda tarixi bir ana şahidlik edildiyini, yüz minlərlə insanın insan haqları və ədalət çağırışı ilə bir araya gəldiyini deyib.

Polis əməkdaşları tərəfindən Galata körpüsü və ətraf ərazilərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, yürüş müddətində körpüyə çıxan bütün yollar müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb. Rəsmi anonslara əsasən, aksiyada iştirak edənlərin sayı təxminən 520 min nəfər olub.

Kütləvi yürüşün görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq dünyanın müxtəlif ölkələrində geniş maraq doğurub və İstanbulun Fələstinlə həmrəylik mövqeyini bir daha beynəlxalq gündəmin mərkəzinə çıxarıb.






Xəbərin oxunma sayı : 97




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap