“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Rəis və maşinist həbs edildi - Tonlarla yanacağı mənimsəyiblər

Tarix 02.01.26, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dəmir Yolları QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.

Müttəhimlərin qanunsuz əməlləri nəticəsində dövlət qurumuna 107 min manat ziyan dəyib. İbtidai və məhkəmə istintaqı vaxtı 58 yaşlı E. Sadıqov və 34 yaşlı F. Soltanov azadlıqda olublar. Onlara dəymiş ziyanı ödəmələri üçün şərait yaradılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan işdə müttəhimlər özlərini təqsirli biliblər. Eldəniz Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını mənimsədiyini etiraf edib, əməlindən utanc hissi keçirdiyini deyib.

Esmira Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda ittihamları tam sübuta yetirilmiş hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslərin azadlıqda qalması mümkünsüzdür.

Hökmə əsasən, Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub. Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi-31 min 837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.



Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap