Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neft-qaz satışından Azərbaycana 264,3 milyard manat gəlib - “Gəlirlərin 71 faizi artıq xərclənib...“

Tarix 04.08.21, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


"2001-ci ildən etibarən 01 iyul 2021-ci il tarixinə yalnız "Azəri - Çıraq - Günəşli" (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 151,759 mln. ABŞ dolları, 2007-ci ildən etibarən 01 iyul 2021-ci il tarixinə Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3,738 mln. ABŞ dolları, toplam neft və qaz gəlirləri 155 milyard 497 milyon dollar və ya hazırkı məzənnə ilə 264 milyard 345 milyon manat olub. Bu hər adama 25 min manat və yaxud da 4 nəfərdən ibarət hər ailəyə 100 min manat vəsait deməkdir".

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Ekspert qeyd edib ki, hazırda Dövlət Neft Fondunun aktivləri 44 104,9 milyon ABŞ dolları və ya 74 978,5 milyon manatdır.

"Bu o deməkdir ki, bütün mənbələrdən əldə edilmiş neft-qaz və faiz-renta gəlirlərinin 28,3 faizi qalıb, 71,7 faizi xərclənib. Hara, necə və nə qədər suallarını gələcək nəsillər də bizdən soracaq? Bu sualları cavablandırmaq o qədər də asan olmayacaq. Çünki, 264 milyard 345 milyon manatla yanaşı yaxşı idarəetmə, təhsil, inovasiya, start up-larla Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrin siyahısına çıxartmaq mümkün idi. İtirilmiş imkanlar da dəyərləndirməli, korrupsiya hesabına mənimsənilmiş vəsaitlər də hesablanmalıdır",- deyə Q.İbadoğlu vurğulayıb.

Onun sözlərinə görə, neft pulları ən çox xərcləndiyi tikinti sektoru, əsasən də nəqliyyat infrastrukturudur: "Sadəcə 1 milyard manata qədər sərmayə qoyulan Quba-Bakı yolundan istifadə etməklə onun səmərəsizliyini aydın görmək mümkündür...”

Ekspertin fikrincə, neft gəlirləri qiymətlərin bahalaşmasında əhəmiyyətli rol oynayıb, xərcləri daha da artırıb:“Odur ki, ölkədə ifrat təbəqələşmə yarandı”.

İqtisadçı qeyd edib ki, hazırkı şəraitdə bu gəlirlərin ən yaxşı xərc istiqaməti istedadlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi olardı: "Təəssüf ki, bununla bağlı dövlət proqramı 2015-ci ildən dayandırıldı. İndi tətbiq edilən proqram isə məhdud xarakter daşıyır".



Xəbərin oxunma sayı : 424




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap