“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - E.Həbibullayev qanunsuz tikintini himayə edir

Tarix 05.02.25, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almaqdadır.

AzFakt.com Tribunainfo.az-a istinadən məlumat verir ki, son olaraq rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində bu qanunsuzluğa yol verilib. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdədir. Buna isə yerli icra hakimiyyət orqanı icazə verməsə, qeyri-mümkündür. Ümumiyyətlə, Bakıda daşı daş üstə qoymaq üçün yerli icra orqanlarının “xeyir-duası” olmalıdır. Ona görə də Nərimanov rayonunda icra başçısı Elgün Həbibullayevin razılığı olmasaydı, Y. V. Çəmənzəminli küçəsində fotoda gördüyünüz obyekt tikilə bilməzdi.

Bu da tikinti normalarının və qanunların pozulmasıdır. Eyni zamanda, yada salmaq yerinə düşər ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Göründüyü kimi, Nərimanov İH rəhbəri E.Həbibullayev dövlət başçısının tapşırığını qulaqardı edərək, öz maraqlarını üstün tutub və belə bir özbaşınalığa “yaşıl işıq” yandırıb. Bildirilir ki, bu qanunsuzluğa İH-nin xəbəri olmadan yol verilibsə, o zaman E. Həbibullayevin əmri əsasında əraziyə nümayəndələr göndərilə və araşdırma aparıla bilər.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər səlahiyyətli qurumların mövqeylərini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1003




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap