Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Superliqa UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi“ - Canni De Byazi

Tarix 28.04.21, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


"Fikrimcə, belə bir ideya UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi".

AzFakt.com-un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Radio 1"ə açıqlamasında Avropanın 12 klubu tərəfindən təsis edilən Superliqa barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu, müxtəlif şirkətlərin pozulan maliyyə balansını düzəltmək üçün yeni iqtisadi mənbələr tapmaqdan ötrü atdıqları addım idi: "Təbii ki, belə bir halın baş verməsi bizi təəssüfləndirir. Superliqa elit futbol kimi təqdim olunsa da, onun aliliyi yalnız üzdə idi. Hesab edirəm ki, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz. Ona görə də mənim üçün idmandakı meritokratiya vacibdir".

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldığını açıqlayıb.



Xəbərin oxunma sayı : 352




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap