Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qars BTQ-nin açılışı ilə mühüm loqistik bazaya çevrilib” - Türkiyəli nazir

Tarix 20.11.21, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


“Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Qars mühüm loqistik bazaya çevrildi”. “Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu özünün tviter hesabında yazıb.

"İstifadəyə verildiyi gündən etibarən Qars Loqistika Mərkəzindən 417 min ton yük daşınıb. Türkiyəni lojistik super gücə çevirmək üçün işləməyə davam edək”, - deyə nazir sosial şəbəkədəki hesabında qeyd edib.

Nazir daha əvvəl qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə Asiyadan Avropaya fasiləsiz dəmir yolu bağlantısı təmin olunub. Onun sözlərinə görə, bu xətt Pekindən Londona uzanan Orta dəhlizin və Qazaxıstandan Türkiyəyə uzanan "Dəmir İpək Yolu"nun ən strateji əlaqə nöqtəsi halına gəlib. BTQ dəmir yolu yük daşımalarında yeni bir dövr başladıb.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 460




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap