“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Mətbuata tam azadlıq verilməlidir və...“ - Etibar Məmmədov yeni seçki gözləyir

Tarix 02.08.22, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


“Mətbuatın fəaliyyəti dövlət qurumları tərəfindən ciddi nəzərə alınmalı, sayt, telekanal və qəzetlərin neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır”.

Bunu AMİP lideri Etibar Məmmədov deyib.

“İctimai nəzarətin bir neçə forması var; mətbuat və seçkili orqanlar vasitəsi ilə, inzibati qaydada. Bunun üçün seçkili orqanlar da normal işini bərpa etməlidir. Yəni seçkilər keçirilməlidir. Yeni özünüidarə qurumları həmin icra strukturlarına nəzarət etməlidir, icra strukturları da onların qarşısında hesabatlı olmalıdır”.  

Fikrinin davamında Etibar MƏmmədov əlavə edib: 

“Mətbuata tam azadlıq verilməlidir və mətbuatın da fəaliyyəti qanun çərçivəsində bu işlərə nəzarətə imkan yaratmalıdır. Ən əsası da mətbuatın fəaliyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə nəzərə alınmalı, sayt, telekanal və qəzetlərin neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır. Təəssüf ki, çox zaman yerlərdə mətbuat nə danışır-danışsın, buna fikir verən yoxdur. İnsanların, vətəndaşların şikayət məktubları isə yenidən şikayət edənlərin özlərinə qaytarılır…”

Partiya lideri parlament nəzarətinin də xüsusi rolunu qeyd edib: “Seçkili orqanların nəzarətinə gəldikdə, parlament nəzarəti bərpa olunmalıdır. Yəni hökumət parlamentə əsl mənada hesabatlı olmalıdır. İctimai nəzarət məhz bu şəkildə effektiv həyata keçirilə bilər. Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil”/Moderator.az



Xəbərin oxunma sayı : 1015




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap