Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bakıda tələbə polisi bıçaqlayıb - Məhkəmə işi

Tarix 20.08.22, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bıçaqlanma hadisəsi törətmiş Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, Şuşa sakini, 2002-ci il təvəllüdlü Orxan Quliyevə (soyadlar şərtidir) hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2021-ci ilin oktyabrın 2-si saat 21:00 radələrində Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında polis serjantı Elvin Rəcəbova bıçaqla xəsarət yetirən gəncə beş il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə yaşadığı yeri tərketməmə tapşırığı qoyulub.

Qeyd edək ki, hadisə qeyd edilən kafedə Orxan Quliyevin dostunun hərbi xidmətə getməsi münasibətilə təşkil edilmiş məclis zamanı baş verib. Həmin vaxt Orxan kafedə Murad adlı şəxslə dalaşıb və mübahisə çöldə davam edib. Bu zaman xidmətdə olmayan və mülki formada olan Elvin adlı polis əməkdaşı həmin kafedəki məclisdə iştirak edən qardaşının arxasıyca gələrkən əlbəyaxa olan gəncləri görərək onları ayırmağa çalışıb. Nəticədə Orxan öz ictimai vəzifəsini yerinə yetirən şəxsə bıçaqla ağır xəsarət yetirib.

Məhkəmədə polis əməkdaşı onu bıçaqlayan gəncdən şikayətçi olmadığını, Orxanı bağışladığını bildirib.



Xəbərin oxunma sayı : 1141




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap