Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Koronavirusdan daha dəhşətli pandemiya başlayır - Bill Qeyts “kabus ssenarisi” haqda danışdı

Tarix 24.01.23, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


2015-ci ildə koronavirus pandemiyası ilə üzləşə biləcəyimiz barədə xəbərdarlıq edən və haqlı çıxan Bill Qeyts dünyanı gözləyən yeni təhlükəni açıqlayıb.

"Daily Mail" xəbər verir ki, Sidneydə keçirilən konfransda çıxış edən Qeyts dünya liderlərinə müraciət edib.

O, növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan daha qəddar olacağını açıqlayıb. Dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub, indidən hazırlığa başlamalı olduğunu vurğulayan Qeyts bütün ölkələri qlobal əməkdaşlığa çağırıb.

O, sözügedən ssenarinin reallaşacağı təqdirdə dünya iqtisadiyyatının 10 trilyon dollar zərər görəcəyini vurğulayıb.

Milyarder iş adamı “kabus ssenarisi” adlandırdığı bu vəziyyətə hazır olmaq üçün hər beş ildən bir həm milli, həm də regional səviyyədə təlim keçirilməli olduğunu bildirib.

Lazımi addımların atılacağı təqdirdə yeni pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts qlobal epidemiyaya qarşı reaksiya üçün yaradılan GERM komandası adlı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını da açıqlayıb.

Yeganə prioriteti pandemiyanın qarşısını almaq olan GERM 3000 nəfərlik cavab qrupuna sahib olacaq. Komandalar epidemioloq və alimlərdən tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacaq.

Qeyts bildirib ki, qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan GERM-in əsas məqsədi “epidemiyaları pandemiyaya çevrilməmiş dayandırmaq” olacaq. Çünki iş adamı bu fikirdədir ki, əgər ilk 100 gündə COVID-19-un yayılmasını dayandırmaq mümkün olsaydı, bu gün virusdan ölənlərin 98 faizindən çoxu sağ olardı. (musavat.com)



Xəbərin oxunma sayı : 433




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap