Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Günün transfer şayiələri: “Yuventus“ Poqbanı göndərir

Tarix 14.03.23, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"La Gazzetta dello Sport": Pol Poqbanın zədələri "Yuventus" rəhbərliyini hövsələdən çıxarıb. Fransa millisinin üzvünün məşqdə qapıya zərbələr vurulan zaman əzələsi dartınıb. Əvvəlcə Poqbanın 2-3 həftəyə sağalacağı deyilsə də, 1 aya bərpa olunacağı bildirilib. Bütün bunlardan narazı qalan "Goca sinyora" yarımmüdafiəçini transferə çıxarmağı planlaşdırır. 

İnsayder Fabritsio Romano: "Barselona" yarımmüdafiəçisi Usman Dembele ilə müqaviləni yeniləməyi planlaşdırır. Ancaq müqavilə şərtlərində bəzi dəyişikliklər ola bilər. Dembelenin hazırki sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatır. Onun buraxılış qiyməti 100 milyon avrodur. Ancaq Kataloniya təmsilçisi yeni sözləşmədə bu bəndi dəyişdirərək qiyməti 50 milyon avroya salmaq fikrindədir. Beləliklə, yeni sözləşmə imzalanarsa, yayda Dembeleni transfer etmək istəyən klub 100 milyon yox, 50 milyon avro ödəyəcək. 

"Daily Mirror": "Liverpul"un futbolçusu Roberto Firmino başqa klublarla danışıqlar aparmayacaq. O, yeni klubla bağlı qərarını mövsümün sonunda açıqlayacaq. Braziliyalı hücumçunun "Liverpul"la sözləşməsi yayda başa çatacaq. 



Xəbərin oxunma sayı : 526




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap