“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Ermənistanın bu addımı Rusiyaya qarşı düşmənçilikdir” – Kreml

Tarix 28.09.23, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Roma Statutuna qoşulmaq qərarını Rusiya Federasiyasına qarşı düşmənçilik adlandırıb.

AzFakt.com xəbər verir ki, o, bu bardə keçirdiyi brifinqdə danışıb.
“Bu qərarlar bizim üçün son dərəcə düşmənçilikdir. Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfləri deyilik və Ermənistan bunun əsasında qəbul edilmiş çətin qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsindən) yaxşı xəbərdardır. Biz bilirik ki, bu, Yerevana çox yaxşı məlumdur. Bu, bizim xoş qarşıladığımız bir şey deyil”, - Peskov bildirib.
Ermənistan tərəfi isə Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı məsələnin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Rusiya tərəfi belə bir sazişi imzalamaq istəməsə belə, Rusiya Prezidentinin Ermənistana səfər edəcəyi təqdirdə onun həbsi barədə danışmaq ağlabatan deyil:
“Çünki ölkə liderlərinin toxunulmazlığı var”, - o əlavə edib.
Qeyd edək ki, bu gün – sentybarın 28-də Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
Xatırladaq ki, sentyabrın 1-də Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün Milli Assambleyaya göndərib.
Həmçinin bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.



Xəbərin oxunma sayı : 874




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap