“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Rusiya “Taliban“ın tanınması şərtini açıqlayır -inklüziv hökumət qurulmalıdır

Tarix 29.09.23, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Əfqanıstanda inklüziv Nazirlər Kabinetinin (müxtəlif siyasi qüvvələr və millətlərin təmsil olunacağı) formalaşdırılması Rusiya tərəfindən “Taliban”ın hakimiyyəti üçün ilkin şərtdir.

Bunu Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

“Biz sözün tam mənasında etno-siyasi inklüziv Nazirlər Kabinetinin formalaşdırılması üçün Kabildən əlavə konstruktiv addımlar gözləyirik. Gələcəkdə bu, Əfqanıstanın yeni rəhbərliyinin rəsmi tanınması üçün əsas ola bilər”, - o bildirib.

Kabulov əlavə edib ki, bu baş verərsə, Rusiya “Taliban” nümayəndələrini BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısından çıxaracaq.

Daha əvvəl Zamir Kabulov deyib ki, “Taliban” hərəkatının nümayəndələri mahiyyətcə terrorçu deyillər.

Sentyabrın 29-da Əfqanıstanın müvəqqəti hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əmir Xan Müttəqinin başçılıq etdiyi “Taliban” Moskva formatı üzrə Kazanda keçirilən danışıqlara gəlib.



Xəbərin oxunma sayı : 877




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap