| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Türmədə olarkən zəng etdilər, çıxan kimi qonşusu ilə bağlı elə plan qurdu ki... - Azərbaycanda şok
Tarix 07.11.23, 18:13 |
|
Naftalan şəhərində 1992-ci il təvəllüdlü Şahbaz qısqanclıq zəminində yaranan münaqişə zamanı qonşusu İsaqı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Şahbazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə istintaqı aparılıb və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində 2020-ci ildə həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılıb.
Bu müddətdə ailə üzvləri ilə apardığı telefon danışıqları zamanı qardaşı arvadı Günelin qonşuları İsaqla qeyri-rəsmi münasibətinin olduğunu öyrəndikdən sonra bu vəziyyətin ailəsinin nüfuzuna xələl gətirdiyi qənaətinə gəlib.
Şahbaz qisas almaq məqsədilə İsaqı öldürməyi qərara alıb. Şahbaz barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra 2022-ci ilin dekabrında Naftalan şəhərinin kəndinə, yaşadığı evə gəlib. O, İsaqı öldürmək üçün əlverişli şərait yaranmasını gözləyib.
Şahbaz 28 dekabr 2022-ci ildə, saat 14 radələrində İsaqın yaşadığı evdən çıxaraq Naftalan şəhəri istiqamətində getdiyini görüb. O, evində saxladığı ov bıçağını götürərək əynindəki şalvarın kəməri altına qoyaraq İsaqı izləyib. İsaqın “Samovar Market” adlı ərzaq mağasına daxil olduğunu görüb və küçədə onu bir müddət gözləyib.
Daha sonra Şahbaz İsaqın mağazadan çıxmadığını görüb və saat 15.41-də həmin mağazaya girib. O, İsaqı söhbət etmək bəhanəsi ilə çölə çağırıb. İsaq mağazadan çıxmayacağını bildirdikdə üzərində olan bıçağı çıxararaq onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə bıçaq zərbələri vurub. İsaqa vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslaşdırılmış tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Şahbazın barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahbaz ona elan olunmuş ittihama üzrə özünü qismən təqsirli bilib. O, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə özünü təqsirli bilməyib, Cinayət Məcəlləsinin 224.4-cü maddəsi ilə özünü təqsirli sayıb.
“Münasibət saxladığını bildirdi”
Şahbaz ifadəsində göstərib ki, Naftalanda kəndlərdən birində ailə üzvləri ilə birlikdə yaşayır, arabir usta olan atasına kömək edir, ayrı hər hansı bir fəaliyyətlə məşğul olmur: “Əvvəllər Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə 1 il 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam, cəzamı tam çəkib bitirmişəm. Zərərçəkmiş İsaqı tanıyıram. O, mənim həmkəndlim və qonşumdur. Təxminən il yarım, iki il bundan əvvələ qədər İsaqla heç bir ədavət və ya düşmənçiliyim olmayıb. Abşeron rayonununda gedən cinayət işi ilə əlaqədar istintaq təcridxanasında olduğum müddət ərzində aradabir ailə üzvlərim ilə əlaqə saxlamışam. Əlaqə saxlayarkən ailə üzvlərimin hamısı, o cümlədən qardaşımın keçmiş həyat yoldaşı Günel ilə danışmışam. Bir müddət sonra ailə üzvlərim ilə danışanda Günel ilə də danışmaq istədim. Ailə üzvlərim Günelin evdə olmadığını, anasının xəstə olduğunu dedilər. Ürəyimdə şübhələr yarandı. Təkidimdən sonra qardaşım Vüsal Güneldə telefon aşkar etdiyini, həmin telefonun kodda olduğunu, telefonun kodunu açdırmaq üçün evdən çıxanda Günelin evdən qaçdığını, qonşumuz İsaqla Günelin həmin telefonla münasibət saxladığını bildirdi”.
“Onu görə bilmədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir il əvvəl cəzasını çəkərək bitirdikdən sonra evə gəlib: “Bir neçə gün sonra zərərçəkmiş İsaqla qonşu olduğumuz üçün küçədə rastlaşdım. Yanında adamlar olduğu üçün ucadan İsaqın ünvanına nalayiq ifadələr işlətdim. İsaq isə həmin yerdən qaça-qaça uzaqlaşdı. İsaqı cəzalandırmaq, yəni onu döyərək layiq olduğu təhqiredici hərəkətlər etmək istəsəm də, onu görə bilmədim. İsaq hərbi qulluqçu olub və xidmətini işğaldan azad olunmuş Laçın rayonunda aparıb”.
“Məni yola verdi”
Şahbazın sözlərinə görə, 27 dekabr 2022-ci ildə, axşam evdə olarkən qonşuluqda yaşadıqları üçün İsaqın səsini eşidib: “İsaqı izləməyə başladım ki, hardasa tutaraq “sındırım”. Dekabrın 28-də, təxminən saat 14.00-da İsaqın evdən çıxdığını gördüm. Əgər qaçarsa, hər ehtimala qarşı onu bıçaqla yaralayım deyə yaşadığım evin həyətində həyət işləri görmək üçün işlətdiyim bıçağı götürdüm və sağ arxa tərəfdən kəmərin altına taxdım. Sonra İsaqı izləməyə başladım. İsaq piyada kənddən Naftalan şəhəri istiqamətində getdi. İsaqın arxası ilə gələ biləcəyimi görərək qaçacağını güman etdiyim üçün yol maşını ilə Naftalan şəhəri, Nəriman Nərimanov parkına gəldim. Orada İsaqı gözlədim. Təxminən saat 15 radələrində İsaq Naftalan şəhərində yerləşən “Samovar market” adlı mağazaya daxil oldu. 30-35 dəqiqə keçəndən sonra İsaqın mağazada olub-olmamasını dəqiqləşdirmək üçün siqaret almaq adı ilə ora girdim. İsaqı mağazada gördüm və siqaret alaraq oradan çıxdım. Nəriman Nərimanov parkına gedərək İsaqı gözlədim. İsaq təxminən 10 dəqiqə sonra mağazadan çıxdı və telefonla danışanda mənim orada olduğumu gördü, yenidən mağazaya girdi. İsaqın avtomobil çağıraraq qaçacağını fikirləşdiyim üçün mağazaya daxil oldum. İsaqa kassanın qabağında çölə çıxmasını, işim olduğunu, söhbət etmək istədiyimi dəfələrlə desəm də, İsaq məni yola verərək “gözlə, sonra söhbət edərik, çıxmayacam” dedi”.
“Dedim ki, bu, qeyrət məsələsidir”
Təqsirləndirilən şəxs qeyd edib ki, İsaqı üzərində gətirdiyi bıçaqla vurmaq istəsə də kassanın yanında balaca azyaşlı uşağı görüb və buna görə də əl saxlayıb: “Uşaq çıxandan bir müddət sonra İsaqın qolundan tutaraq çölə çıxartmaq istədim. İsaq isə kiməsə zəng etmək istədi. İsaqın səsini qaldırıb camaatı çağıracağını, işin alınmayacağını fikirləşdim. Buna görə də üzərimdə gətirdiyim bıçağı çıxardım və İsaqı kassa masasının qarşısında vurmağa başladım. Bu zaman İsaq yerə yıxıldı. Mənim əlimdən tutduğu üçün hər ikimiz bərabər yerə yıxıldıq. Yerdə olanda bıçağı sağ əlimdən sol əlimə keçirdim və onun sağ böyür nahiyəsindən iki dəfə vurdum. İsaq sağ əlimi buraxdıqdan sonra həmin əlimlə yumruqla ona zərbələr vurmağa başladım. Mağazada İslam adlı şəxs bizə yaxınlaşaraq aralamaq istədi. Mən İslama məsələnin qeyrət söhbəti olduğunu, ona dəxli olmadığını, qarışmayaraq çəkilməsini dedim. Lakin İslam əlimdən tutdu. Mən bu müddətdə İsaqı vura bilmədim. Daha sonra Elcan adlı şəxs yaxınlaşaraq özümü bədbəxt etməməyimi, İsaqı vurmamağımı dedi. O, bizi aralamaq istədi. Elcana da məsələnin qeyrət söhbəti olduğunu bildirdim. Daha sonra İslamla Mahir adında şəxs yaxınlaşaraq əlimdən bıçağı zorla aldılar. Əsəbim soyumadığı üçün ayağa durdum və zərərçəkmişi təpiklə, yumruqla vurmağa başladım. Sonra isə mağazadan çıxdım. Yaxınlıqdakı Nəriman Nərimanov parkında siqaret yandırdım. Orada bir az gözlədim və hadisə yerinə polis əməkdaşlarının gəldiyini gördükdə özüm onlara təslim oldum”.
İş üzrə zərərçəkmiş İsaqın sözlərinə görə, Naftalanda kəndlərdən birində arvadı və azyaşlı oğlu ilə birlikdə yaşayır: “İşlədiyim hərbi hissə işğaldan azad edilmiş Laçın rayonunda yerləşdiyi üçün əsasən orada olmuşam. Ayda bir neçə dəfə evimə gəlmişəm. Təqsirləndirilən Şahbazla qonşuyam”.
“Vüsalın arvadı olduğunu dedi”
Zərərçəkmiş deyib ki, 2020-ci ilin sonuna qədər onun Şahbaz və bütün ailə üzvləri ilə münasibətləri yaxşı olub, heç bir ədavət və ya düşmənçiliyi olmayıb: “Qonşu kimi bir-birimizin evinə gedib-gəlmişik. 2020-ci ilin payız aylarında, dəqiq xatırlamadığım tarixdə, Vətən Müharibəsinin gedişində yaşadığım evə gəldim. Həmin vaxt tanımadığım nömrədən mənə xatırlamadığım məzmunlu mesaj, sonra isə zəng gəldi. Zəngə cavab verdim, zəng edənin qadın olduğunu bildim. Həmin qadın mənə “salam İsaq, nətərsən?” dedi. Yanıma azyaşlı oğlum gəldi. Zəng edən qadın oğlumun səsini eşidərək telefonu söndürdü. Geri zəng etsəm də, cavab verən olmadı. Bir neçə gün sonra həmin qadın mənə yenidən zəng etdi və mənimlə tanış olmaq istədiyini bildirdi. Mən kim olduğunu soruşsam da, qadın kim olduğunu demədi. Təxminən 15-20 gün müddətində həmin qadınla telefonla danışaraq yazışdıq. Sonra qadın mənə qonşumuz Vüsalın arvadı Günel olduğunu dedi. Bir müddət Günel ilə danışdım”.
“Evimi yandıracaqlarını bildirdilər”
Zərərçəkmiş deyib ki, 2020-ci ilin dekabr ayının sonu, dəqiq xatırlamadığı tarixdə Vüsal Günelin telefonunu tutub və Günelin onunla yazışdığını müəyyən edib: “Hadisədən sonra Günel evdən qaçaraq getdi. Təqsirləndirilən Şahbaz bu müddətdə Bakı şəhərində həbsdə olub. Vüsal və qohumları söz göndərərək mənim köçüb getməyimi, getməsəm, evimi yandıracaqlarını bildirdilər. Çox vaxt işlədiyim hərbi hissədə olduğum üçün Vüsal və qohumları ilə qarşılaşmadım. Onlar ailə üzvlərimdən mənə söz göndərdilər. Vüsal və qohumlarının məni hədələməsi barədə bir neçə dəfə şəhər polis şöbəsinə müraciət etdim”.
“Məni bıçaqla vurdu”
İsaqın sözlərinə görə, 2021-ci ildə xatırlamadığı tarixdə Şahbaz azadlığa çıxıb və yaşadığı evə qayıdıb: “Mən Vüsal və Şahbazla Naftalan şəhərində bir neçə dəfə qarşılaşsam da, onlar mənə heç bir söz deməyiblər. 2022-ci ilin dekabrın 26-da mənə işdən 5 günlük icazə verildi. Həmin gün axşam saatlarında yaşadığım evə gəldim. Dekabrın 28-də günortadan sonra evdən çıxdım və Naftalan şəhərinə mağazadan iş yoldaşlarıma ərzaq alaraq göndərməyə getdim. Yaşadığım kənddən Naftalan şəhərinin Nizami küçəsinə piyada gəldim və orada yerləşən “Samovar Market” adlı ərzaq mağazaya girdim. Mağazadan ərzaq məhsulları alaraq qablaşdırdım. İş yoldaşlarımdan kimsə mənə zəng edəndə danışmaq üçün mağazanın önünə çıxdım. Telefonla danışan zaman Şahbazın mağazanın arxa tərəfində yerləşən parkda olduğunu gördüm. Telefonla danışıb yenidən mağazaya girdim. Kassa aparatının qarşısında dayandım. Bu zaman Şahbaz da mağazaya daxil oldu. Şahbaz mənə yaxınlaşaraq çölə çıxmağımı istədi. Mən isə çıxmayacağımı dedim. 2-3 dəfə çölə çıxmağımı tələb edəndən sonra Şahbaz əynindəki şalvarın remeninə taxdığı bıçağı çıxardı və həmin bıçaqla məni vurmağa başladı. Özümü qorumaq üçün Şahbazın ayaqlarından tutdum. Yerə yıxılsam da, Şahbaz məni vurmağa davam etdi. Yerdə olduğum zaman Şahbazın əlini tutdum və məni vurmasına mane oldum. Daha sonra iki nəfər şəxs yaxınlaşaraq Şahbazın əlindən bıçağı aldı və məndən araladılar. Sonra məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahbaz 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 1222
Kriminal
Xəbərlər
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
TOP 10
ARXİV






