“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Gürcüstan strateji tərəfdaşını dəyişdirib? – Çinlə əlaqalər sürətlə genişlənir...

Tarix 31.01.24, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan hökuməti son illərdə Çinlə əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək çinli həmkarlarıyla “Orta dəhliz” layihəsini müzakirə edib. 

Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir. Ancaq bu layihənin reallaşması yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil. Bu layihə bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin “Orta dəhliz” layihəsinin reallaşması istiqamətində addımların atılmasıdır.

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Rəsmi Tbilisi Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Bunda qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib.

Çin Gürcüstana yatırımlarını artırıb. Gürcüstanla ticarət mübadiləsinin həcminə görə Çin 4-cü sırasında qərar tutub. İki ölkə 2017-ci ildən azad ticarət barədə razılıq əldə ediblər. Çin Gürcüstanın Qara dənizdəki limanlarında pay sahibidir. Çin Gürcüstanda hidroelektrik stansiyaların tikintisinə də yatırım qoyub.

Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var. Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılığı Tbilisini Qərbdən və Avroatlantik inteqrasiyadan uzaqlaşdırır. 

Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, hakim “Gürcü arzusu” partiyası ölkə maraqlarından çox liderləri Bidzina İvanişvilinin maraqlarına xidmət edir. Qərbin sanksiyalarından ehtiyat edən Bidzina İvanişvilinin maliyyə resurslarının bir hissəsini Çində yerləşdirdiyinə dair xəbərlər var.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 820




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap