“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL

Tarix 29.03.24, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin ilk iki ayında Azərbaycan xarici ölkələrdən ümumi dəyəri 2,4 milyard dollardan çox idxal həyata keçirib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsi məlumat verib.

Bildirilib ki, xaricdən idxal edilən məhsullar arasında avtomobil, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri, həmçinin yeyinti məhsulları, qara metallar və digər məhsullar üstünlük təşkil edib.

Belə ki, Azərbaycan yanvar-fevral aylarında xarici ölkələrdən 527,6 milyon dollarlıq maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri idxal edib. Bu, ümumi idxalın 21,6 faizini təşkil edir.

Ölkəmizə idxal olunan yeyinti məhsullarına 378 milyon dollar pul xərclənib. İlin ilk iki ayında Azərbaycana 63 milyon dollarlıq meyvə və tərəvəz, 31 milyon dollarlıq buğda idxal olunub.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17,4 milyon dollar dəyərində 8 min tondan çox ət idxal olunub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalında artım müşahidə edilib. Belə ki, Azərbaycan 2023-cü ilin ilk ayında 12 milyon dollarlıq 8 min tona yaxın ət idxal edib.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında azalma qeydə alınıb. Ötən ilin ilk iki ayında ölkəmizə 454 milyon dollarlıq nəqliyyat vasitələri idxal edilibsə, bu il bu rəqəm 328 milyon dollar olub.

Ölkəyə gətirilən geyim әşyaları vә geyim üçün lәvazimatlar da artıb. 2023-cü ildə ölkəyə gətirilən 44 milyon dollarlıq geyim məhsulları bu il 50 milyon dollara yaxın olub.

İdxal olunan əsas mallar aşağıdakılardır:

İdxal edilən malın adı

Dəyəri (milyon dollarla)

Әt

17.4

Süd vә qaymaq

3

Kәrә yağı vә süddәn hazırlanmış digәr yağlar

15.6

Tәrәvәz vә meyvә

63

Çay

8.9

Buğda

31

Qarğıdalı

3.2

Düyü

15.3

Bitki vә heyvan mәnşәli piylәr vә yağlar

37.8

Tütün vә tütün mәmulatları

17

Әczaçılıq mәhsulları

79

Gübrәlәr

8.8

Plastmassa vә onlardan hazırlanan mәmulatlar

77

Oduncaq vә ondan hazırlanan mәmulatlar

56.6

Geyim әşyaları vә geyim üçün lәvazimatlar

50

Qara metallar vә onlardan hazırlanan mәmulatlar

181

Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri

527.6

Nәqliyyat vasitәlәri vә onların hissәlәri

327.9

Mebel vә onun hissәlәri

19.3

Digәrlәri

724

 




Xəbərin oxunma sayı : 979




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap