Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Rusiya və Ukrayna “Koreya” ssenarisinə görə atəşkəs əldə edə bilərlər: Müharibəni donduracaqlar?

Tarix 15.05.24, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, yaxın bir neçə ay Ukraynadakı müharibədə həlledici ola bilər.

Bu barədə məşhur “The New York Times” nəşrində dərc olunan yazıda bildirilib.

Qeyd edilib ki, cəbhədəki vəziyyət potensial olaraq Koreya müharibəsi zamanında olduğu kimi, atəşkəslə bağlı sülh danışıqlarının başlanmasına səbəb ola bilər.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri öz müsahibələrində əminliklərini ifadə edirlər ki, Ukrayna tam şəkildə yeni silahlar almağa başlayan kimi, Rusiyanın cəbhədəki bir sıra uğurları geriləyə bilər.

“Çox güman ki, bu, iyul ayında baş verəcək”, - deyə “The New York Times” vurğulayıb.
Bayden administrasiyasında növbəti bir neçə ayın müharibədə həlledici ola biləcəyinə dair gümanlar artır. Nəşrin yazdığına görə, hansısa məqamda hər iki tərəf razılaşdırılmış şəkildə, 1953-cü ildə Koreyada aktiv hərbi əməliyyatlara son qoyan sülhəbənzər bir atəşkəs rejiminə keçid edə və cəbhə xəttini dondura bilər.

Qeyd edək ki, “Koreya” ssenarisi Şimali və Cənubi Koreya arasında 1950-1953-cü illərdə davam edən müharibə nəticəsində ortaya çıxıb. Ovaxtkı Sovet İttifaqı Şimali Koreyanı dəstəkləyib. Öz növbəsində Cənubi Koreyaya ABŞ yardım edib. İki ölkə arasında müharibə 1953-cü ilin iyulunda başa çatıb və demilitarizasiya zonası yaradılıb. Lakin sonrakı illərdə hər hansı rəsmi sülh müqaviləsi imzalanmadığından iki ölkə hələ də texniki cəhətdən müharibə vəziyyətindədir.

Mənbə: UNN.ua



Xəbərin oxunma sayı : 892




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap