“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Futbol tarixinin ən ciddi hakim səhvləri açıqlandı - “Tanrının əli” üçüncü yerdədir

Tarix 27.09.24, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


"Four Four Two" maraqlı reytinq dərc edib. 

Fanat.Az xəbər verir ki, portalda futbol tarixinin ən ağır hakim səhvlərinin sıralaması təqdim olunub. 

Birinci yerdə DÇ-2006-da qeydə alınan insidentə yer verilib. Belə ki, ingilis hakim Qrem Poll ikinci sarı vərəqədən sonra Yosip Simuniçi meydandan qovmayıb. Səhv "üçüncü sarı vərəqə"dən sonra "aradan qaldırılıb". 

İkinci yerdə 2021-də baş tutan Afrika Kubokunda qeydə alınan epizoddur. Söhbət Mali - Tunis matçında baş hakim Canni Sikazvenin final fitini iki dəfə yanlış səsləndirməsindən gedir - əvvəlcə 85, sonra isə 89-cu dəqiqədə. 

Üçüncü yerdə “Tanrının əli”, daha doğrusu, 1986-cı il dünya çempionatının 1/4 finalında Dieqo Maradonanın əli ilə vurduğu qoldur. 

Dördüncü yerdə 2010-cu il mundialına vəsiqə uğrunda İrlandiya və Fransa komandaları arasında keçirilən pley-off mərhələsinin cavab matçında Tyerri Anrinin qoldan əvvəl açıq şəkildə əli ilə oynaması qeyd olunub. Halbuki isveçli hakim Martin Hansson bunu hiss etməyib. Bu qol Fransanı mundiala çıxarıb.



Xəbərin oxunma sayı : 1732




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap