“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni dövlət rüsumları müəyyənləşdi - SİYAHI

Tarix 03.02.25, 17:32

Font ölçüsü : - / +
bitmap-img6


Yeni dövlət rüsumları müəyyənləşib.

AzFakt.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşib:

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi - 100 manat;

- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat;

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat;

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat;

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat;

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat;

- Qazın paylanmasına icazənin verilməsi – 50 manat;

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat;

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat;

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat;

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.

Həmçinin artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumunun qaytarılma müddəti də azaldılıb. Belə ki, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılma müddəti 20 gündən 10 günə endiriləcək.

Bundan əlavə, “e-bildiriş”in təqdim edilməsinə görə xidməthaqqı tutulacaq. Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap