Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - Təfərrüat

Tarix 21.02.25, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.

Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İpoteka və Kredit Zəmanət Fondu ümumilkdə 150 əməkdaşın 3 il müddətində könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 267 min 534 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 1 783 manat (bir il üçün 594 manat) olacaq.
Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 3 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb:
Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı);
Dövlət Neft Fondu – 920 manat;
Dövlət Dəniz və Liman Agentliyi – 290 manat;
“Baktelekom” MMC  –  270 manat;
“Aztelekom” MMC – 270 manat;
Minatəmizləmə Agentliyi – 550 manat.

Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.



Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap