Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi

Tarix 10.03.25, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Oğruluqda təqsirləndirilən taksi sürücüsünə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan N.R. məhkəmə prosesində bildirib ki, yolun kənarında pul kisəsi görüb. Onu götürdükdən sonra məlum olub ki, pul kisəsində 20 manat və bank kartları var. 

N.R. 20 manatı yanacağa sərf edib. Bundan başqa, bank kartlarından pul çıxarmaq qərarına gəlib. O, kartların birindən 1430 manat pul çıxara bilib. 

N.R. məhkəmədə kartdan pul çıxarmasını təsadüf kimi qiymətləndirib. O, iddia edib ki, zərərçəkmişin şəxsiyyət vəsiqəsi də pul kisəsində olub və sənədin sahibi haqqında məlumatara baxıb. Bank kartının parolunun zərərçəkmişin təvəllüdü ola biləcəyini ehtimal edib. Bu ehtimal özünü doğruldub. Lakin digər kartlarda bu, keçərli olmayıb. N.R. digər kartların bloklandığını görüb. 

Hadisə ötən il iyulun 4-də baş verib. İki gün sonra isə Xətai Rayon Polis İdarəsinin əməkdaşları N.R.-nı saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) ittiham irəli sürülüb. 

N.R. Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə mühakimə edilib. Hakimin çıxardığı hökmə əsasən o, 1  il 11  ay 26 gün
müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 



Xəbərin oxunma sayı : 592




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap