![]() |
|














Türkiyə vətəndaşı Tolqa Şahindən şikayət - Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq edib
Tarix 12.03.25, 19:22 |
|

Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub.
Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq "Cənclik 94" MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.
Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub
Tolqa Şahin "Gənclik 94" MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin "Gənclik 94" MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, "Gənclik 94" MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan "Prefabrik" MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. "Gənclik 94" MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib.
Tolqa Şahin dələduzlardan ibarət şəbəkə qurubmuş
Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov "Arenol Construction" MMC-nin direktoru olub. "Gənclik 94"-dən tikinti materiallarını "Prefabrik" MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; "A Frame", "Lenora", "Tikinti Materiall" MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş mütəşəkkil dəstədən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri cinayətkar şəbəkə yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını, pulunu əlindən almaq olub.
Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus "Prefabrik" MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan "Cahid -T" MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.
Tolqa Şahin Qarabağ qazilərini də aldadıb
Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqlarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli "biznesmen"in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.
"Gənclik 94"-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, "Arenol"-da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, "Prefabrik" MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Tolqa Şahin (solda)
Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla "Bakı Abadlıq Xidməti" MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.
Məsələ ondadır ki, anlaşmaya əsasən "Bakı Abadlıq Xidməti" MMC podrat işlərini Tolqa Şahinə məxsus "Lenora" MMC və Prefabrik" MMC (keçmiş adı "Arenol Group") şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər "Bakı Abadlıq Xidməti" MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda "Bakı Abadlıq Xidməti" MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.
Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu "Gənclik 94" MMC-yə ödənilməlidir. Çünki "Bakı Abadlıq Xidməti" Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də "Gənclik 94"-ə borcludur. Ancaq "Bakı Abadlıq Xidməti" ilə Tolqa Şahin arasında "Gənclik 94" MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə "Gənclik 94" öz pulunu "Bakı Abadlıq Xidməti" MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: "İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində "Gənclik 94"-ə olan borcunu bağlasın".
Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.
Tolqa Şahinin ölkədın çıxışına qadağa qoyulub
Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə "Gənclik 94" də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.
Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.
Tolqa Şahinin arxasında kimlər dayanıb?
Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.
Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.
Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!
P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Amma külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.
Mənbə: Bizimyol.info
Xəbərin oxunma sayı : 844
Hadisə
Xəbərlər
-
Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA
-
Nizami rayonunda zəbt olunan məktəb ərazisində tikinti davam etdirilir - VİDEO
-
Jurnalist səhvən hökumətin mesaj qrupuna salındı - Məxfi məlumatları gördü
-
Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, botoks prosedurlarını necə həyata keçirir? - TƏFƏRRÜAT
-
Xırdalan şəhərində antisanitar vəziyyət - VİDEO
-
ABŞ və Rusiya bəyanatla çıxış edəcək - Yeni gəlişmə
-
Bakıda qəbiristanlıqda qəribə hadisə - VİDEO
-
Qripin müayinə və müalicə xərclərini də dövlət qarşılayacaq - VİDEO
-
“Əgər 10 ildir bitməyibsə...“ - Samirə şəxsi həyatından danışdı
-
“Müdafiə baxımından çox zəifik“ - Fernandu Santuş
-
Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Alovlar içərisində Kreml...
-
“TikTok”da başlayan mübahisə qanla bitdi - 17 yaşlı oğlan bıçaqlandı
-
CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik - Ərdoğan
-
Martın sonunda maqnit qasırğaları - Təhlükəli günlər açıqlandı
-
Bazarda kiloqramı 6-7 manata kartof təklif edilir - Səbəbi nədir?
-
Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub - Donald Tramp
-
“Hüquqşünas kimi pul qazanmaq olmurdu” - Özünü vəkil kimi təqdim edib - TƏFƏRRÜAT
-
Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı
-
Əri 25 yaşlı arvadını asmaqda şübhəli bilinir - İntihar deyilmişdi
-
Xəstəxana direktoru işdən çıxarıldı - Yeni təyinat
-
Rusiya Trampın komandasındakı bəzi şəxslərə təsir etməyi bacarıb - ZELENSKİ
-
Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA
-
“Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır“ - Ərdoğan
-
Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi: Lukaşenko göstəriş verdi
-
Kamran Əliyev Vyetnamda işgüzar səfərdədir - Fotolar
-
“Bitcoin“in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum
-
İki avtomobilin şüşəsini sındırıb, qaçırdığı maşınlarla qəza törədib - FOTO
-
Türkiyədəki aksiyalarda 1133 nəfər saxlanılıb - 123 polis yaralanıb
-
Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediası
-
Ötən il işdən çıxarılan direktor yenidən vəzifəyə qaytarıldı - "Azərizolit" MMC-də
-
“Danışıqlar yaradıcı şəkildə keçir“ - Rusiya XİN
-
Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı - Baldızı intihara cəhd edibmiş
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcra başçısı icazə verib?
-
“Kontakt Home“da lotereya müəmması: Minlərlə müştəri necə aldadılıb?
-
2 dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər
-
“Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır“ - Peskov
-
Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirildi - Rəsmi
-
Azərbaycanda kartof kəskin bahalaşdı - SƏBƏB
-
QMİ fitrə zəkatının məbləğini açıqladı - 10-15 manat
-
Putin Ukrayna xalqından bunu istəyir - Çexiya prezidenti
-
500 incəsənət xadimi birgə bəyanat yaydı - İmamoğluya dəstək
-
Bayram bitdi, bahalıq qaldı - Bazarda alıcı yox, qiymətlər isə artır
-
Azərbaycana gələn turistlərin sayı azaldı - İlginc SƏBƏB
-
Parklanma ilə bağlı sürücülərə - Müraciət
-
Nazirliyin vəzifəli şəxsi istintaqa cəlb edilib - “QHT İşi” üzrə
-
İtkin rəfiqələrdən daha biri tapıldı - Ailəsinə təhvil verilib.
-
Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülüb? - SİYAHI
-
Bakıda ən çox hansı ağacların tingləri satılır? - VIDEO
-
DİN-ə müraciət etmək asanlaşır - VİDEO
-
Ağsuya dolu düşdü - FAKTİKİ HAVA
-
Əhalini sevindirəcək xəbər - Yeni artımlar olacaq
-
PUA ilə Azərbaycana narkotik atdılar, götürmək istəyəndə ələ keçdilər - VİDEO
-
Tramp Ədliyyə Nazirliyinə tapşırıq verib - Ona qarşı çıxan hüquqşünaslarla bağlı
-
Biləcəridə yağış yağdıqdan sonra evlərin zirzəmilərini su basır - VİDEO
-
Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya təcili eniş etdi
-
Nizami rayonunda məktəbin ərazisində avtoyuma məntəqəsi tikilir - FOTOLAR
-
Güclü maqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
Turpaketləri daha ucuz qiymətə necə əldə etmək olar? - VİDEO
-
Dilarədən iddialı fotosessiya - alt paltarında
-
UEFA Millətlər Liqası: Türkiyə Macarıstanı darmadağın etdi - Video
-
Ev quşları artır, bahalaşma isə davam edir: Səbəb nədir (VİDEO)
-
Ramazan ayının 24-cü günün duası - İmsak və iftar vaxtları
-
“Serbiyada etirazlar yaxın günlərdə daha radikal hal ala bilər“ - Vulin
-
Urmiyədə İran rejimi və kürd terrorizminə qarşı kütləvi etirazlar - VİDEO
-
Gəncədə kütləvi zəhərlənmə - Bu dəfə suşidən...
-
Marketlərdə, restoranlarda, hotellərdə aprelin 1-nə qədər… - VACİB XƏBƏR
-
“Putin və Trampın son söhbəti tarixin ən uzun söhbətlərindən biri olub” - Peskov
-
““İran müharibə aparmağa hazırdır” - Abbas Araqçı
-
BP-yə işə düzəltmək, icradan obyekt tikintisi üçün icazə - DƏLƏDUZLUQ İŞİ
-
Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırıldı - FOTO
-
Adəm Məmmədovun həbsinin və vəkilliyinin dayandırılmasının TƏFƏRRÜATI
-
Bakıda evdən qaçan üç rəfiqənin kimliyi bilindi - ADLAR + FOTOLAR
-
Yerə güclü maqnit qasırğası gəlir - baş ağrısı, halsızlıq və...
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
ABŞ Ukraynaya silah tədarükünü davam etdirir - “Bloomberg”
-
Bakıda yağış, bəzi rayonlarda qar yağır - FAKTİKİ HAVA
-
İmamoğlu ilə birlikdə saxlanılanlardan kimlər həbs edildi? - SİYAHI
-
Cinayətə görə tutulan yeniyetmələr - Ən çox bu rayonlardadır
-
ABŞ bu tarixədək Ukraynada atəşkəsə nail olmaq istəyir - “Bloomberg“
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər
-
Yollarda görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - Dumana görə
-
Məktəblərdə yenilik - Bunlar daha olmayacaq
-
“Anamın evlənməsini qəbul edə bilmədim“ - Görüşə çağırıb bıçaqlayıb
-
“Pentaqon işçilərini yalan detektoru ilə yoxlayır” - “Bloomberg”
-
Leyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışında - Fotolar
-
“Məşhur olmayan biri ilə də görüşə bilərəm“ - Cenifer Lopes
-
Narkotikin təsiri altında olan sürücü saxlanıldı - VİDEO
-
Yağış yağacaq, şimşək çaxacağ - Sabahın havası
-
Müavinət və təqaüdlər nə vaxt artırılacaq? - Prezidentin verdiyi vaxt bitdi?
-
Əkrəm İmamoğlu həbs edildi - İki ittiham irəli sürülüb + VİDEO
-
İlham Əliyev Pakistan Baş nazirinə məktub göndərdi - MƏTN
-
Qar yağıb, külək güclənib - Faktiki hava
-
Azərbaycan millisinin baş məşqçisi: “Komanda meydana qələbə üçün çıxmamışdı“
-
Əhmədli qəsəbəsində evlər çökdü, üç ailə mənzilsiz qaldı - VİDEO
-
“323 şübhəli şəxs saxlanılıb” - Ali Yerlikaya
-
Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır - XİN
-
Bölgələrdə həkim çatışmır - STATİSTİKA
-
Yüksəkgərginlikli elektrik xətlərinin altında evləri olanlara şad xəbər - VİDEO
-
Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO
-
Haiti ilə yoldaşlıq oyunu - Milli komandamız uduzdu
-
“Atatürkün partiyasını oğruların ixtiyarına veriblər” - Ərdoğan
-
Estoniya Ukraynaya hərbi yardım verəcək - 100 milyon avroluq
-
Bakıdakı nəhəng yaşayış kompleksində 15 ildir niyə yaşanılmır? - VİDEO
-
Yasamalda səki problemi - Hər tərəfdə obyektlər tikilib
-
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı
-
Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq
-
“İtaliyanın müdafiə qabiliyyətini gücləndirmək üçün 8-10 il vaxt lazımdır“ - Müdafiə Nazirliyi
-
Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək?
-
Xərçəngə qarşı ən güclü silah! Hər aptekdə mövcuddur
-
Azərbaycanda yalnız quşların sayı artıb - Ev heyvanlarının sayı açıqlandı
-
İmamoğlunun ifadəsi - Suallar və cavablar
-
“Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir“ - Sevinc Ağaşirinova
-
Naxçıvanda 6 nəfər dönərdən zəhərləndi - İkisi azyaşlıdır
-
AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı - SƏBƏB?
-
Hansı rayonlara yağış yağır? - FAKTİKİ HAVA
-
Bakıda 3 rəfiqə itkin düşdü - DİN-dən açıqlama
-
Tel-Əviv hava limanı hipersəs raketi ilə vuruldu - Husilərdən açıqlama
-
Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı - Rayonlar üzrə tam siyahı
-
Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
-
“Bu uşaqların etdiyi hər şeyə biz cavabdehik” - Mənsur Yavaş
TOP 10
ARXİV