“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bu binanın sakinləri qorxu içində yaşayırlar - Səbəb uçqun təhlükəsidir

Tarix 29.03.25, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu binanın sakinləri qorxu içində yaşayırlar - Səbəb uçqun təhlükəsidir
Bakı şəhəri, Sabunçu rayonu, Rəşad Məcidov, bina 8 ünvanında yerləşən ikimərtəbəli bina qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər 110 yaşlı binanın təhlükəli vəziyyətdə olmasından narahatdırlar.  

Sözügedən binada 10 ailə yaşayır. Sakinlərin sözlərinə görə, binanın divarlarında çatlar var, həmçinin tavan hissəsindəki beton parçaları qopub tökülür. Onlar bildiriblər ki, yağış yağanda vəziyyət daha da acınacaqlı olur. Binanın damından yağış suları evə dolur. 

Binada yaşayan sakinlər deyirlər ki, ərazidəki digər qəzalı vəziyyətdə olan binada söküntü işləri aparılıb, lakin onların binasına heç bir qurum tərəfindən baxış keçirilməyib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə  bildirildi ki, 1935-ci ildə inşa olunmuş ikimərtəbəli, 12 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşübmüşüb.

“Binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aktı yoxdur. Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunmuşdur. Qeyd edilən bina ilə əlaqədar aidiyyatlı qurumların qəbul edəcəyi qərar tərəfimizdən icra olunacaqdır”,- deyə qurumdan bildirilib.






Xəbərin oxunma sayı : 1039




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap