![]() |
|














31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir
Tarix 31.03.25, 7:00 |
|

Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi edilmişdir. Xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, tariximizə "31 Mart soyqırımı" kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan olundu. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat etmiş oldu.
1918-ci il hadisələri Azərbaycan xalqının başına gətirilən dəhşətli müsibətlərdən biridir. Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlayıblar. 1918-ci ilin mart ayında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan "Əks-inqilabi ünsürlərlə mübarizə" şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilmiş, diri-diri yandırılmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması lazımdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda 500-dək insan kəlləsi tapılıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Azərbaycan xalqı tarix boyu başına gətirilən bütün faciələrə, üzləşdiyi çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini hər zaman qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi. Xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının işığında öz gələcəyini quran Azərbaycan dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz artıq uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq.
Seyidabbas Babayev
Xəbərin oxunma sayı : 478
Sosial
Xəbərlər
-
“Körpü Bina Tikinti”nin layihəsində faciə - İşçi yük maşınının altında qalıb
-
Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb - Təfərrüat
-
Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - Aidiyyatı qurumlar isə susur...
-
İlham Əliyev Lü Tzyançaonu qəbul etdi - FOTO
-
Arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi - TƏFƏRRÜAT
-
Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMA
-
“Pilot-16” MMC vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı
-
Kamran Əliyev 6 rayondan vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü oldu - FOTO
-
Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli hakim qarşısına çıxarıldı - “Toplum TV“ işi
-
“Ermənistan bu iki şərtimizi qəbul etməlidir” - “Sülh müqaviləsinin mətni tam razılaşdırılıb”
-
“Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət səlahiyyətlərimiz xaricindədir“ - Rəsmi xəbərdarlıq
-
Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq - Almaniya Prezidenti
-
Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var - Prezident
-
Məktəblərdə tədris ili mayda bitəcək? - RƏSMİ
-
Ağdamda mina partladı - Xəsarət alan var
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək? - Deputat açıqladı
-
“Qurd Qapısı” restoranında antisanitariya - FOTOLAR
-
Tramp komandasında yeni “Gmail” qalmaqalı - Məxfi materiallar paylaşılıb
-
Bakıdakı uşaq sığınacağında virus yayılıb - Vəziyyətləri orta ağırdır
-
Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları açıqlanıb - SİYAHI
-
Turizm Agentliyində yoxlama - Detallar açıqlandı
-
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü başlayıb - FOTO
-
Almaniya Prezidenti ilə xanımı Şəhidlər xiyabanında - Fotolar
-
Sumqayıtda yataqxana binasında yanğın - VİDEO
-
İsrail ordusu Qəzzanı vurdu: 23 fələstinli həlak olub
-
“Mən heç vaxt izləndiyimi hiss etməmişəm“ - Taleh Qaraşov
-
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
-
Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”
-
Mülkiyyətçi söküntüyə razı deyilsə, tikinti şirkəti nə etməlidir? - VİDEO
-
Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayı artırılıb - VİDEO
-
“Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürüb” - XİN
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım
-
“Nizami City” şirkəti sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO
-
Yeni toy mövsümü başladı: 450 manata da menyu var
-
Almaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi - FOTO
-
“Bu olsa, “Nürnberq“lə müqaviləmin müddəti uzadılacaq“ - Emreli
-
Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
-
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Apreldə güclü maqnit qasırğaları olacaq - PROQNOZ
-
Sabiq deputatın tikintisi dayandırıldı - FOTO
-
Heydər Əliyev Fondu şəhid ailələri ilə birgə - Fotolar
-
848 min ziyan ödədi, həbsdə qaldı - Müdafiə Nazirliyindən oğurluq işi
-
“Azərbaycan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı bütün məsələləri öz gücünə həll edir” - Adəm İsmayıl Bakuvi
-
“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN
-
Çernobıl əlilini 34 saylı Notariatda aldadıb 32 min manatını ələ keçiriblər - VİDEO
-
“Ermənistan sülh gündəliyinə sadiqdir“ - Paşinyan
-
“100 manat cərimə, 2 bal” – Taksi sürücüləri işə çıxmaqdan imtina edirlər + VİDEO
-
Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim etdi - 100 minlik dələduzluq
-
“Top Qapı”nın sahibi barədə inzibati icraat başladılıb - Fotolar
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rahib Məmmədov niyə həbs edilib? - Vəzifəli şəxslərlə münasibətlər...
-
2025-ci ildə uşaqlara daha çox hansı adlar verilib? - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - 42 milyonluq mənimsəmə işi
-
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı - RƏSMİ
-
Sabahdan bəzi rayonlara sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Hacı Vəliyev 22 sutkalıq həbs olundu - Məhkəmədən qərar
-
“Kanal S”in yayımı 1 sutka dayandırıldı - Nigar Fərhada görə
-
Azyaşlıdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbs tələb edildi
-
Bu yerlərdə balıq tutmaq olmaz - YENİ QADAĞA
-
Xatirə geyiminə görə tənqid edildi - FOTOLAR
-
“Kəpəz“ MTK binanın damını söküb mərtəbə artırır“ - Yasamaldan şikayət
-
“Oğluma atasız qız almaram” deyən aparıcı haqda gerçək ortaya çıxdı - Öz qızı...
-
Bu ödənişi nağd edənlər cərimələnəcək - MƏBLƏĞ
-
İnterneti bağladığı üçün keçmiş arvadını döydü - Məhkəməlik oldu
-
Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon ayrıldı - Sərəncam
-
Bu şəxslərə təqaüd veriləcək - Prezident pul ayırdı
-
Pezeşkianın müşaviri İlham Əliyevin qəbulinda - FOTO
-
Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək
-
Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
-
“Mircəlal həkim dedi ki, get Aysel müəllimənin yanına, pulu ona ver” - Məhkəmə
-
Hacı Vəliyev saxlanıldı - Xuliqanlıqda ittiham olunur
-
Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək - Qanunda dəyişiklik
-
Avropada qazın qiyməti kəllə-çarxa çıxdı - Artım 60%-i keçdi
-
Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu - Şikayəti əsassız sayılıb
-
Nazir Mədət Quliyevin kadrlarını işdən çıxardı - Yeni təyinatlar
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 15 məsələ var
-
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
-
AZAL təyyarəsində qəza anında nələr yaşandı? - VİDEO
-
Ən varlı rusların sərvəti 11,5 milyard dollar artdı - “Bloomberg”
-
Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
-
Radar bəzi nömrələri niyə düz oxumur? - VİDEO
-
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi ÇAĞIRIŞ
-
Bayram günləri 53 nəfər xilas edilib - Video
-
Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir - VİDEO
-
Mövqelərimiz fasilələrlə atəşə tutuldu - RƏSMİ
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
“Futbol əvvəllər başqa idman növü idi“ - Ançelotti yenə şikayətləndi
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO
-
Meyvələrin qiyməti artacaq - Dəyişkən hava bazara necə təsir edəcək?
-
Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək
-
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
-
“Nigar Fərhadla bağlı tədbir görüləcək“ - Kanal S-in Baş direktor müavini
-
Milli Məclis sabah toplaşacaq - Gündəlikdə 15 məsələ var
-
“Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək“ - Donald Tramp
-
Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Mövqelərimiz yenə atəşə tutuldu - Erməni silahlı bölmələrinin təxribatları davam edir
-
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır - VİDEO
-
Bəzi rayonlara leysan yağır - Faktiki hava
-
“Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir“ - İran XİN başçısı
-
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər - The Economist
-
Xaçmazın 4, Qubanın 1 kəndində yanğın çıxdı - FHN məlumat yaydı
-
67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar
-
“Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır“ - Ştaynmayer
-
Fransada prezidentliyə əsas namizəd həbs edildi - Məhkəmədən qərar
-
“Tramp Putinin davranışlarından narazıdır“ - Leşşenko
-
İran ordusu savaşa hazırlıq səviyyəsinə gətirildi: “Yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə...“
-
Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var
-
Anaların biri 19, digəri 20 yaşında imiş - TƏBİB-dən açıqlama
-
“Türkiyə yeni bir dövrə qədəm qoyur” - Dövlət Baxçalı
-
Ombudsmandan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
-
İlham Əliyevlə İran prezidenti telefonda danışdı - Nələr müzakirə olunub?
-
Antiperspirantın içindən “patı” çıxdı - FOTO
-
Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? - 60-70 illik ağacları kəsirlər…
-
“Mən oturmuşam, pullar da gəlir“ - Şərurlu İsfəndiyar (VİDEO)
TOP 10
ARXİV