“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - Aidiyyatı qurumlar isə susur...

Tarix 02.04.25, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir

Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq" qanunsuz tikintilərə göz yummasıdır.
 
AzFakt.com-a daxil olan məlumata görə qanunsuz tikililərdən bir də hazırda Sumqayıt şəhəri 10-cu mikrarayon ərazisində yerləşən Yaşıl Ada restoranında həyata keçirilir. Bildirilir ki, Yaşıl Ada restoranının həyətində əlavə olaraq böyük bir restoran inşa edilir. Məlumata görə restoran sahibinin tikinti üçün rəsmi icazəsi yoxdur.

Kafe Yaşıl ada, Sumqayıt, foto

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Sumqayıt şəhəri 10-ci mikrarayonda yerləşən Yaşıl Ada reston sahibinin adı çəkilən qurumlardan rəsmi icazə sənədinin olmadığı bildirilir. Məlumata görə Yaşıl Ada restoranında qanunsuz tikintiyə icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "verilib".

AzFakt.com xəbər verir ki, 20 gündən çoxdur aparılan qanunsuz tikinti işi ilə bağlı aidiyyatı qurumlar xəbərdar olsada, hər hansı bir tədbir görülməyib. 

Bildirilir ki, Yaşıl Ada restoranında qanunsuz tikintiyə icazəni Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsələyə susqunluq nümayiş göstərməsi isə müəmmalıdır.
 











Xəbərin oxunma sayı : 1981




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap