“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb - Təfərrüat

Tarix 02.04.25, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


“Forbes” jurnalının 2025-ci il üçün açıqladığı dünya milyarderlərinin siyahısında qadınların sayı yavaş-yavaş artsa da, hələ də ümumi milyarderlərin çox az hissəsini təşkil edir.

Yeniavaz.com xəbər verir ki, bu il planetdəki 3 028 milyarderdən cəmi 406-sı qadındır və bu da ümumi milyarderlərin 13,4%-ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2024-cü ildə qadın milyarderlərin sayı 369 olub.
Ən varlı qadın “Walmart” şirkətinin varisi Alisa Volton hesab olunur.  O, “Walmart”ın qurucusu Sem Voltonun qızıdır. Təxminən 101 milyard dollarlıq sərvət ona atasından miras qalıb. O, uzun müddətdir ki, “L`Oréal” şirkətinin varisi Fransua Bettenkurt Meyers ilə liderlik uğrunda mübarizə aparır. Bettenkurt Meyersin sərvəti hazırda 81,6 milyard dollardır.
Qeyd edək ki, sərvətinin böyük bir hissəsini anasından miras olaraq alan Bettenkurt Meyers 2023-cü ildə 100 milyard dollarlıq sərvətə çatan ilk qadın kimi tarixə düşüb. Lakin “Walmart” səhmlərinin bahalaşması və “L`Oréal” səhmlərinin dəyər itirməsi fonunda Alisa Volton yenidən lider mövqeyə qayıdıb.

Siyahının üçüncü və dördüncü yerlərində məşhur milyarder Devid Koxun dul arvadı Culiya Kox və “Mars” qənnadı şirkətinin varisi Jaklin Mars qərarlaşıb. Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb.
İlk beşliyə düşən yeganə sahibkar Rafaela Aponte-Diamantdır. 37,7 milyard dollarlıq sərvəti ilə o, İsveçrənin ən böyük gəmiçilik şirkətinin həmtəsisçisidir.
Bu il avstraliyalı mədən maqnatları Gina Rinehart və MacKenzie Skott ilk onluqdakı yerlərini itiriblər. Onların yerini Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frensis Qeyts və hedc fondları əfsanəsi Cim Simonsun dul arvadı Merilin Simons tutub.

Yeni milyarderlər arasında Martine Rothblatt (2,9 milyard dollar sərvətə sahib, “United Therapeutics”in qurucusu) və Tatyana Volodina (1 milyard dollar sərvətə sahib, rus kosmetika şirkəti “L`Etoile”in sahibi) da var.
Bundan əlavə, tanınmış simalardan – teleaparıcı Opra Uinfri  və müğənni Teylor Svift də siyahıya daxildir. Xüsusilə, müğənni Teylor Sviftin sərvəti son bir il ərzində 45% artıb. Onun 17 mart 2023-cü il tarixindən 8 dekabr 2024-cü il tarixinə qədər olan dövr ərzində baş tutan “Eras Turu” adlı konsertlərdən təxminən 2 milyard dollar qazanc əldə etdiyi bildirilir. Bu tarixdə ən çox gəlir gətirən konsert turu hesab olunur.



Xəbərin oxunma sayı : 1039




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap