“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Kanal S”in yayımı 1 sutka dayandırıldı - Nigar Fərhada görə

Tarix 01.04.25, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Audiovizual Şuranın bu gün keçirilən onlayn iclasında “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

Bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib:
“Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Həmçinin “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub”.

Qeyd edək ki, aparıcı Nigar Fərhad sözügedən verilişdə “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap