“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

848 min ziyan ödədi, həbsdə qaldı - Müdafiə Nazirliyindən oğurluq işi

Tarix 01.04.25, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, apellyasiya instansiyası Bakı Hərbi Məhkəməsinin Rəşad Məlikzadə barəsindəki hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib.

Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verərək 9 milyon 369 min manat mənimsəyib. Bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.

Həmçinin hökmlə dövlətə vurulmuş ziyana görə Rəşad Məlikzadəyə məxsus təxminən 2 milyon manatlıq əmlak müsadirə edilib.

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 



Xəbərin oxunma sayı : 415




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap