“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır

Tarix 25.04.25, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk iki ayında Azərbaycan İsrailə 10 milyon 219 min dollar dəyərində məhsul ixrac edib, əvəzində İsraildən 2 milyon 986,8 min dollar dəyərində məhsul idxal edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsrailə ixracın həcmi dəyər ifadəsində 52 dəfə, idxal isə 37% azalıb.

Qeyd edək ki, ixracın bu cür kəskin azalmasının səbəbi Azərbaycanın İsrailə xam neft satışını dayandırması olub. Ötən ildən fərqli olaraq bu il Azərbaycan İsrailə xam neft satmayıb.
Onu da bildirək ki, ötən ilin ilk iki ayında Azərbaycan xam neftdən başqa İsrailə 4,3 milyon dollar dəyərində 22,3 min ton metil spirti satıb. Bu ilin ilk iki ayında isə İsrailə 3,36 milyon dollar dəyərində 10,3 min ton metil spirti, 1,46 milyon dollar dəyərində 2,1 min ton makaron ixrac edilib.

Bunlardan başqa Azərbaycandan İsrailə ümumi dəyəri 5 milyon dollar olan 8 ədəd xüsusi cihaz (Gömrük kodu 847141 – Bir korpusda prosessor və giriş-çıxış qurğusu olan hesablama maşınları) göndərilib. Açıqlanan məlumatlardan da göründüyü kimi Azərbaycandan İsrailə ixrac olunan bir ədəd cihazın, ya da xüsusi kompyuterin orta gömrük dəyəri 625 000 dollar (1 milyon 62,5 min manat) olub.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap