Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Beyləqanda Şəfəq Nasirlə görüş - FOTOLAR

Tarix 25.04.25, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 24-ü Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə əslən beyləqanlı, tanınmış yazıçı-publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirlə ədəbi-bədii görüş keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru, professor Abid Tahirli, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, tənqidçi, esseist, şair Əsəd Cahangir, yazıçının qələm dostları, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yazıçının poetik “Salam olsun” etüdlərinin  səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər yazıçının ilk yaradıcılıq nümunələri, elmi monoqrafiyaları, transliterasiya etdiyi mətbuat nümunələri və dəyərli məqalələri haqqında ətraflı məlumat verərək, Şəfəq xanımın ədəbiyyatımıza və mənəvi dünyamıza bəxş etdiyi töhfələrdən bəhs edib və şeirlərindən parçalar səsləndiriblər. 

Tədbirin rəsmi hissəsində çıxış edən Əziz Əzizov yazıçı Şəfəq Nasirin ədəbi fəaliyyətini yüksək qiymətləndirərək onun Beyləqan üçün dəyərli ziyalı obrazını formalaşdırdığını qeyd edib. Rayon rəhbəri belə ədəbi görüşlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə və ziyalılara göstərdiyi xüsusi qayğının bariz təzahürü kimi dəyərləndirib.

Sonda Şəfəq Nasir çıxış edərək doğma yurdda qarşılanmaqdan duyduğu məmnuniyyəti ifadə edib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Ədəbi görüş poeziya dolu, səmimi ab-havada keçib və iştirakçıların yaddaşında unudulmaz bir an kimi qalıb.








Xəbərin oxunma sayı : 757




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap