“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb

Tarix 08.11.26, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada nüvə silahlarının ümumi sayı son 20 ildə əhəmiyyətli dərəcədə azalsa da, bəzi ölkələr bu istiqamətdə hərbi imkanlarını genişləndirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyasının (Federation of American Scientists – FAS) məlumatlarına görə, xüsusilə Çin, Hindistan və Pakistanın nüvə arsenalında ciddi artım qeydə alınıb.
Araşdırmada 2006 və 2026-cı illərdə dünyanın nüvə silahına malik 9 ölkəsinin hərbi arsenalında olan nüvə başlıqlarının sayı müqayisə edilib. Hesablamalara istifadəyə hazır və ehtiyatda saxlanılan nüvə başlıqları daxil edilib. Sökülməyi gözləyən, artıq xidmətdən çıxarılmış silahlar isə nəzərə alınmayıb.
Məlumata görə, son 20 ildə 9 ölkənin hərbi nüvə arsenalının ümumi həcmi təxminən 37% azalıb. Bu azalma əsasən ABŞ və Rusiyanın nüvə başlıqlarının sayını azaltması ilə bağlıdır.
2006-cı ildə ABŞ-nin hərbi nüvə arsenalında 7 853, Rusiyada isə 6 643 nüvə başlığı olub. 2026-cı ildə isə vəziyyət dəyişib. Hazırda Rusiyanın arsenalında təxminən 4 400, ABŞ-nin arsenalında isə 3 700 nüvə başlığı olduğu bildirilir.
Bununla belə, hər iki ölkə nüvə silahlarının sayına görə digər dövlətləri xeyli qabaqlayır. Dünyanın üçüncü ən böyük nüvə arsenalına malik Çində isə bu göstərici 620-dir.

Son 20 ildə nüvə silahlarının sayını ən çox artıran ölkələrdən biri Çin olub. Belə ki, 2006-cı ildə 235 nüvə başlığına malik olan bu ölkənin arsenalı 2026-cı ildə 620-yə çatıb. Bu, 164% artım deməkdir.

Beləliklə, Çin nüvə başlıqlarının sayına görə Fransa və Böyük Britaniyanı geridə qoyaraq dünyada üçüncü yerə yüksəlib.

Çinin nüvə potensialının genişlənməsi yeni qitələrarası ballistik raketlərin yerləşdirilməsi, sualtı qayıqlardan buraxılan raketlər və digər silah sistemlərinin modernləşdirilməsi ilə müşayiət olunur.

Amerika Alimləri Federasiyasının məlumatına görə, Çin üç ayrı ərazidə bərk yanacaqlı raketlər üçün 320 yeni şaxta tipli buraxılış qurğusu, həmçinin maye yanacaqlı raketlər üçün əlavə 30 şaxta inşa edir. Ölkənin nüvə başlığı daşıya bilən 6 atom enerjili ballistik raket sualtı qayığı da fəaliyyət göstərir.
Asiyada nüvə silahlarının sayını artıran digər ölkələr Hindistan və Pakistandır.
Hindistanın nüvə arsenalı 2006-cı ildəki 43 başlıqdan 2026-cı ildə 190-a, Pakistanın arsenalı isə 50-dən 170-ə yüksəlib.

Şimali Koreya da son 20 ildə nüvə silahına malik dövlətlər sırasına daxil olub. Bu ölkənin 2006-cı il üzrə etibarlı nüvə arsenalı göstəricisi olmasa da, 2026-cı ildə təxminən 60 nüvə başlığına sahib olduğu təxmin edilir.

Qeyd edək ki, nüvə arsenalının sayca az olması onun təhlükəsinin də az olması demək deyil. Müasir nüvə başlıqlarının bəzilərinin partlayış gücü 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücündən təxminən 30 dəfə çoxdur.
Xirosimaya atılan atom bombasının gücü 15 min ton trotil ekvivalentində olub. Həmin partlayış nəticəsində 1945-ci ilin sonunadək təxminən 140 min insan həyatını itirib.
Dünyanın nüvə arsenalına malik 9 ölkəsinin göstəriciləri aşağıdakı kimi olub:





Xəbərin oxunma sayı : 538




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap