“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama

Tarix 03.07.25, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyasına 25 may və 1 iyunda keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib.

AzFakt.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

"Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər".



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap