“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?

Tarix 12.07.25, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən 2025-ci il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Nəqliyyat və anbar təsərrüfatı” və "Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,2 faiz), Lənkəran-Astara (10,3 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,5 faizini kişilər, 23,5 faizini isə qadınlar təşkil edib.

Qadınlar "Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 37,3 faizini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22 faizini təşkil edir. Sahibkar qadınların 28,4 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,5 faiz), Naxçıvan Muxtar Respublikası (27,6 faiz), Gəncə-Daşkəsən (26,1 faiz), Bakı (25,4 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.



Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap