“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“270 nəfərlik müəssisədə 700 nəfər məhbus var” - Qadın kalonundan şikayət

Tarix 16.07.25, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


“270 nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların sayı 700 nəfərə çatır”.

Bu fikirlər Musavat.com-a Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup qadın məhbus tərəfindən göndərilən məktubda yazılıb.

Ötən ay 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir məhkum dünyasını dəyişmişdi. Həmin hadisədən sonra 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup qadın redaksiyamıza müraciət edərək baş verən hadisədən narahatlıqlarını dilə gətiriblər.

Bildiriblər ki, hazırda 4 saylıda da vəziyyət gərgindir və onlar həyatları üçün təhlükə hiss edirlər.

Məktubda qeyd edilib ki, 270 nəfərlik cəzaçəkmə müəssisəsində məhbusların sayı 700 nəfərə çatır. 6 nəfərlik kameralarda 10 nəfər, 4 nəfərlik kameralarda isə 7 nəfər saxlanılır.

Məhbus xanımlar məktubda hazırda cəzaçəkmə müəssisəsinin həddindən artıq “yüklənməsindən” narahat olduqlarını qeyd edərək yaranmış vəziyyətin rəsmi qurumlar tərəfindən nəzarətə götürülməsini istəyirlər.

Qeyd edilən iddialarla bağlı Penitensiar Xidmətə sorğu ünvanlamışıq. 1 aydan artıq vaxt keçsə də, cavab ala bilməmişik.




Xəbərin oxunma sayı : 742




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap