Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı - TƏFƏRRÜAT)

Tarix 31.07.25, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan vətəndaşın pullarını oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1977-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş N.F.-nin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclası keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, N.F. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan 30 yaşlı S.H.-nın cibindən pul qabını oğurlayıb. Pul qabının içində 655 manat olduğunu görən təqsirləndirilən şəxs həmin məbləği götürərək məscidi tərk edib və şəxsi ehtiyaclarına xərcləyib.

Zərərçəkmiş ifadəsində bildirib ki, məscidə camaatla birlikdə sübh namazı qılmaq üçün gedib. Oraya çatdıqda namaz artıq başa çatıbmış. Buna görə də o, ikinci mərtəbəyə qalxaraq namazını təkbaşına qılıb və sonra həmin yerdə uzanaraq təxminən iki saat yatıb. Elə bu müddət ərzində oğurluq hadisəsi baş verib.

Araşdırmalar nəticəsində N.F.-nin daha bir cinayət əməli törətdiyi də üzə çıxıb. Belə ki, E.V. adlı xanım kredit götürmək məqsədilə qızıl-zinət əşyalarını banka girov qoymaq üçün əl çantasına yığıb və 194 nömrəli marşrut avtobusu ilə banka yollanıb. Lakin avtobusda əl çantasını oturacaqda unudub. N.F. isə həmin çantanı oğurlayıb.

Çantanın içində:
* 140 manat dəyərində eynək,
* 185 manatlıq qadın saatı,
* 750 əyyarlı, 9.5 qramlıq və 1300 manat dəyərində qızıl sırğa,
* 585 əyyarlı, 6 qramlıq və 600 manatlıq qızıl boyunbağı,
* 10 manat dəyərində pul kisəsi,
* 45 manat nağd pul olub.

Nəticədə zərərçəkmişə ümumilikdə 2330 manat maddi ziyan dəyib. Məhkəmənin hökmü ilə N.F. 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 904




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap