“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ən yüksək təhsil haqqı olan universitetlər - ADLARI

Tarix 03.09.25, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ali təhsilin maliyyələşdirilməsi məsələsi son illərdə dövlətin diqqət mərkəzindədir və bu sahədə həm sosial ədaləti, həm də keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə ardıcıl addımlar atılır.

AzFakt.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 59 ali təhsil müəssisəsi fəaliyyət göstərir və 180 mindən artıq tələbə təhsil alır. Bu böyük kontingentin təhsilini davam etdirməsi üçün təhsil haqları diferensial şəkildə müəyyən edilib.

Bəs, Azərbaycanda universitetlər arasında təhsil haqqı ən yüksək olan tədris ocaqları hansılardır?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, ən yüksək təhsil haqları əsasən Bakı şəhərində yerləşən və beynəlxalq proqramlar həyata keçirən universitetlərdədir:

“ADA Universitetində illik təhsil haqqı 6 000–8 000 manat arasında dəyişir, Xəzər Universitetində 4 000–5 000 manat civarındadır, UNEC-də magistratura üzrə bəzi ixtisaslar 5 000 manata qədər yüksəlir, UFAZ-da 2 200–3 000 manat arası, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə 2 400 manat təşkil edir.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, ali təhsil müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərə bilər və dövlət təhsilin əlçatanlığını təmin etmək üçün sosial dəstək mexanizmləri həyata keçirir. Bu hüquqi norma ali məktəblərə muxtariyyət verərkən dövlətin də məsuliyyətini müəyyən edir. Həmin məsuliyyət son illərdə tələbə kreditlərinin tətbiqi, təqaüdlərin artırılması və ən əsası, təhsil haqlarının şəffaf tənzimlənməsi ilə təmin olunmağa çalışılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə geniş maarifləndirmə işi aparır, valideynləri və tələbələri ödəniş mexanizmləri, güzəşt imkanları və kredit proqramları barədə məlumatlandırır. Nazirliyin hazırladığı planlar və proqnozlar göstərir ki, növbəti illərdə də təhsil haqları tədricən indeksləşdiriləcək, tələbələrin sosial müdafiəsini gücləndirən addımlar atılacaq”.

K.Əsədov əlavə etdi ki, müsbət tərəf ondan ibarətdir ki, yüksək ödənişli universitetlərdə tələbələr müasir tədris binaları, xarici professorların iştirakı, beynəlxalq mübadilə proqramları və çoxdilli təhsil imkanları ilə təmin olunurlar:

“Məsələn, ADA Universiteti və UFAZ-da təhsil beynəlxalq standartlara uyğun olaraq ingilis və fransız dillərində aparılır, bu isə tələbələrə qlobal əmək bazarına çıxış imkanı yaradır. Dövlət universitetlərində isə daha aşağı təhsil haqqı müqabilində sosial ədalət prinsipi qorunur, region gənclərinin ali təhsilə çıxışı təmin edilir”, – deyə o bildirib. (BAKU.WS)



Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap