“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tramp İranla bağlı qərarları verərkən birjada əməliyyatlar aparıb - Milyonlar qazanıb

Tarix 23.08.26, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp iyun ayında ümumi məbləği 78,1 milyon dollardan 263,1 milyon dollara qədər olan 1000-dən çox qiymətli kağız əməliyyatı həyata keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Hökumət Etikası Ofisinin dərc etdiyi maliyyə açıqlamasına əsasən məlumat yayıb.
Bildirilib ki, ümumilikdə sənəddə 550-dən çox alış və 450-dən çox satış sadalanır. Ən böyük əməliyyatlar arasında hər biri ən azı 1 milyon dollar dəyərində olan “Berkshire Hathaway”, “Visa” və “Mastercard” səhmlərinin alışı da var.

Tramp həmçinin Cintas, Coinbase, Palantir və digər şirkətlərin səhmlərini alıb.
Ən böyük əməliyyat isə 22 iyun tarixində həyata keçirilib. Belə ki, həmin tarixdə “Vanguard” birja ticarət fondunun səhmlərinin 5 milyon dollardan 25 milyon dollara qədər satışı olub.

Böyük əməliyyatların bəziləri ABŞ-İran münaqişəsi ilə bağlı hadisələrlə üst-üstə düşür. Xüsusilə, Trampın münaqişəyə son qoymaq üçün müvəqqəti razılaşmanı imzaladığı gün, 18 iyunda onun investisiya hesabları eyni vaxtda bəzi qiymətli kağızları alıb, digərlərini satıb. Bu, yenidən mümkün maraqların toqquşması məsələsinə diqqət çəkib.

Ağ Ev isə iddia edir ki, Tramp və ailəsi portfel idarəetmə qərarlarına heç bir təsir göstərmir. Administrasiya aktivlərin indeksləri izləmək üçün avtomatlaşdırılmış kompüter modellərindən istifadə edən müstəqil maliyyə qurumları tərəfindən idarə olunduğunu bildirir.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap