Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Beyləqanda Ümumdünya Statistika Günü qeyd olundu - Fotolar

Tarix 14.10.25, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan rayonunda Ümumdünya Statistika Günü münasibətilə tədbir keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri və aparatın əməkdaşları, rayon Statistika İdarəsinin rəhbərliyi və kollektivi, idarə və müəssisə əməkdaşları iştirak ediblər.

Tədbiri RİH başçısı Ə. Əzizov giriş nitqi ilə açaraq Ümumdünya Statistika Gününün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, 20 oktyabr-Ümumdünya Statistika Günü dövlət idarəçiliyinin və sosial-iqtisadi inkişafın əsas dayaqlarından biri olan statistika sahəsinə verilən yüksək qiymətin təcəssümüdür. 

O vurğulayıb ki, Azərbaycanda müasir statistika sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə qəbul edilmiş “Statistika haqqında” qanun bu sahənin hüquqi bazasını möhkəmləndirib, idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaradıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri əsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Beyləqan Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev çıxış edərək idarənin fəaliyyəti, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib. O, qeyd edib ki, rayon üzrə sosial-iqtisadi göstəricilərin dəqiq toplanması və təhlili regionun davamlı inkişafına əhəmiyyətli rol oynayır.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov da çıxışında statistik xidmətin ictimai həyatda, mədəni və iqtisadi proseslərin idarə olunmasında artan əhəmiyyətindən danışıb.

Tədbirin sonunda bir qrup rayon statistika idarəsinin əməkdaşı peşə fəaliyyətində fərqləndiklərinə görə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.






Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap