Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda yenilik - Əlilliyin alınması asanlaşır

Tarix 13.10.25, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyişiklik edib.

Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklik hesab olunur.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır:

"Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur.

Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq. Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əliillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir".



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap