Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bakı Mühəndislik Universiteti “Hyundai” alır - 85 min manata

Tarix 11.10.25, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Mühəndislik Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) olub.
Qeyd olunur ki, Bakı Mühəndislik Universiteti “Auto Azərbaycan” MMC-dən 84 min 900 manata, 2025-ci il istehsalı olan bir ədəd hibrid avtomobil alacaq.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 ABŞ dolları olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 118-də yerləşir.

MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. “Auto Azərbaycan” MMC, Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir.
“NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company” və “Auto Azərbaycan” kimi şirkətlər daxildir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər fəaliyyətlərini davam etdirirlər.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap