“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Narkotiklə heç bir əlaqəm yoxdur” - Hadise

Tarix 10.10.25, 9:50

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün öncə İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə aparılan əməliyyat çərçivəsində polis tərəfindən nəzarətə götürülən məşhur müğənni Hadise Açıkgöz sərbəst buraxıldıqdan sonra barəsindəki iddialara münasibət bildirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı saxlanılan tanınmış şəxslərə gəlir mənbələri, peşə fəaliyyəti, sosial media paylaşımları və narkotik maddələrlə əlaqələrinin olub-olmadığı barədə suallar ünvanlanıb.

Hadise ifadəsində aylıq gəlirinin 700-800 min lirə (təxminən 33 min AZN) arasında dəyişdiyini qeyd edib və narkotik maddələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Mənim narkotik maddə ilə heç bir əlaqəm yoxdur. Həyatımın heç bir dövründə bu cür maddələrdən istifadə etməmişəm. Sosial mediada bu mövzuda paylaşım etməmişəm, narkotik istifadə edilən mühitdə olmamışam və bu maddələrin satışını edən şəxslərlə təmasa keçməmişəm. Həmçinin bu istiqamətdə heç bir maliyyə əməliyyatı həyata keçirməmişəm.”

Qeyd edək ki, Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma Türkiyədə incəsənət və şou-biznes aləmində böyük rezonans doğurub. İstintaq çərçivəsində Hadise, Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka və Özge Özpirinçci kimi tanınmış şəxslərin də ifadəsi alınıb.



Xəbərin oxunma sayı : 1576




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap