“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avropa Komissiyası Macarıstanla bağlı xüsusi qrup yaratdı - Casus qalmaqalı

Tarix 10.10.25, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyası Avropa mediasının araşdırmalarına əsaslanaraq Macarıstan kəşfiyyat xidmətlərinin Aİ təsisatlarında casusluq fəaliyyətini araşdırmaq üçün xüsusi qrup yaradır.

Bu barədə Avropa Komissiyasının sözçüsü Balaz Ujvari Brüsseldə keçirdiyi brifinqdə məlumat açıqlayıb: "Avropa Komissiyası bu iddiaları çox ciddi qəbul edir. Bu məlumatla bağlı daxili təhqiqat aparmaq üçün komandanın yaradılması barədə qərar qəbul edilib".

Ətraflı
Qeyd edək ki, bundan əvvəl bir qrup Avropa media orqanı, o cümlədən Belçikanın holland dilində nəşr olunan “De Tijd” (“The Tijd”) qəzeti jurnalist araşdırmasına əsaslanan məqalə dərc edərək, Macarıstan xüsusi xidmət orqanlarının Aİ qurumlarına qarşı kəşfiyyat fəaliyyəti həyata keçirmək və onlara sızmaq üçün Brüsseldə casus şəbəkəsi yaratdığını yazıb.

Məqalədə qeyd olunur ki, macar kəşfiyyatçıları Brüsseldə diplomatik pərdə altındadırlar və işə götürmə məqsədilə “Avropa qurumlarının əməkdaşlarına yaxınlaşmağa” cəhd edirlər. Media orqanları həmçinin Avropa Komissiyasının təhlükəsizlik xidmətlərinə ən azı bir Macarıstan kəşfiyyatçısının yerləşdirildiyini yazıblar.(musavat.com)



Xəbərin oxunma sayı : 1315




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap