Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Okean Avtosalon“unda 1,5 milyon manat vergidən yayınma - YOXLAMA

Tarix 10.10.25, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda fəaliyyət göstərən məşhur "Okean Avtosalon"unun satış meneceri və qanuni təmsilçisi Səbuhi Məmmədov vəzifəsindən azad edilib. 

Buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məşhur "Okean Avtosalon"unda aparılan səyyar vergi yoxlamaları zamanı külli miqdarda vergi pozuntularının aşkarlanması olub. 

Belə ki, idarə tərəfindən "Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Okean Avtosalon"larında aparılan səyyar vergi yoxlamaları zamanı 1,5 milyon manata yaxın vergidən yayınma halı aşkarlanıb. 

Nəticədə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Okean Avto 2011" MMC-yə 994700.73 manat əlavə vergi, 510122.97 manat maliyyə sanksiyası tətbiq edilib. 

2011-ci ildən "Okean Avtosalon"larının qanuni təmsilçisi və satış meneceri vəzifəsini tutan Məmmədov Səbuhi Ənsar oğlu vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə Qubadov Malik Elxan oğlu gətirilib. 

"Okean Avtosalon"undan Səbuhi Məmmədovun Malik Qubadovla əvəzlənməsini təsdiqləyiblər. (qaynarinfo)




Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap